6 Ağustos 2021 Cuma

Şəhid Elməddin Cəsur oğlu Mürsəlzadə



07 avqust 2000-ci ildə Samux rayon Əhmədbəyli kəndində anadan olub. 2006-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilib. Təhsil aldığı müddətdə məktəbin müəllim kollektivinin və şagirdlərin hörmətini qazanıb. Daima öz təlim-tərbiyəsi,  vətənpərvərliyi ilə yoldaşlarından seçilən Elməddin 2017-ci ildə məktəbi 4 və 5 qiymətlərlə bitirərək ali təhsil almaq üçün sənəd verir və Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin qiyabi şöbəsinə, "Bədən tərbiyəsi və idman" müəllimi ixtisasına qəbul olunur. 

   Universitetin 1-ci kursunu müvəffəqiyyətlə bitirdikdən sonra 16 oktyabr 2018-ci il tarixində Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissənin tərkibində kəşfiyyat bölüyündə yerinə yetirib və 26 mart 2020-ci il tarixində ordu sıralarından tərxris olunaraq ehtiyata buraxılıb. 

   Mənfur erməni ordusunun atəşkəsi pozması, dinc əhaliyə qarşı əməliyyatlar keçirməsi və təmas xətlərinə hücum əməliyyatlarına cəhdlər etməsi nəticəsində müharibənin başladığı gündən 2 gün sonra, yəni 29 sentyabr 2020-ci il tarixində Elməddin Mürsəlzadə Hərbi Komissarlıq tərəfindən Vətənin müdafiəsinə, yenidən hərbi xidmətə çağırılıb. 2020-ci il oktyabrın 15-dən 16-na keçən gecə Füzuli uğrunda gedən döyüşlər zamanı N saylı hərbi hissəsinin tabeliyində olan kəşfiyyat bölüyünün əsgəri Elməddin Cəsur oğlu Mürsəlzadə  döyüş zamanı şərəfsiz erməni snayperdən açılan güllə ilə başından yaralanmış və  qəhrəmancasına həlak olmuşdur.

   İkinci Qarabağ döyüşləri zamanı (27.10.2020-10.10.2020) Samux rayonuna gələn 5-ci, Əhmədbəyli kəndinə gələn ilk şəhiddir.

   Şəhid Elməddin Cəsur oğlu Mürsəlzadə 17 oktyabr 2020-ci il tarixində özünün doğulub boya-başa çatdığı Samux rayon Əhmədbəyli kəndinin qəbristanlığında torpağa tapşırılıb.

   Allah cəmi Şəhidlərimizə rəhmət eləsin. Amin! 

   Nur içində uyu, haqını bizlərə halal et, ŞƏHİDİM!

 

Hiç yorum yok:

Yorum Gönder