9 Eylül 2021 Perşembe

Əsgərov İlkin Rauf oğlu


 

İlkin Əsgərov 9 sentyabr 2000-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Gəncə şəhər Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanmışdır.


Azərbaycan Ordusunun əsgəri olan İlkin Əsgərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Müharibənin bir çox hərbi əməliyyatlarında vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Əsgərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


#AzərbaycanQəhrəmanı 🇦🇿

#MüharibəQəhrəmanlarımızı

#TanıyaqTanıdaqUnutmayaq

Şəhid İlham Hüseynov Umud oğlu

 


İlham Hüseynov 2000-ci il sentyabr 8-də Göyçay rayonunun Qarayazı kəndində anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan İlham Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. İlham Hüseynov oktyabrın 19-da şəhid olub. Göyçay rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!


Şəhid Rusif Asim oğlu Quliyev


 

9 sentyabr 1989-cu ildə Ağstafa rayonunun Yenigün kəndində dünyaya göz açmışdır.

 Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. O, 8 illik hərbi xidmət müddətində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.

Rusif Quliyev 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərində vuruşmuş, döyüşlərdə fərqlənmişdir.

Həyat yoldaşını vaxtsız itirən şəhidimizin 1 yaşlı bir qızı yadigar qalıb.

Azərbaycan Ordusunun əsgəri olan Rusif Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə noyabr ayının əvvəllərində əlaqə saxlayaraq Şuşa döyüşlərində döyüşməyə başlayan Rusif Quliyev 5 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

 Rusif Quliyev ölümündən sonra "Vətən uğrunda","Şuşanın azad olunmasına görə" və  "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib


Allah rəhmət eləsin

#QəhrəmanlarımızıTanıtdıraq

Hər Şey Vətən Üçün

7 Eylül 2021 Salı

Fərid Adıgözəlov İlqar oğlu

 


8 Sentyabr 1992-ci ildə Naftalan şəhəridə doğulub.


 03.10.2010-ci ildə hərbi xidmətə çağırılıb. Talış Suqovuşan bölgəsində döyüşüb.


18.10.2020-ci ildə müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində şəhid olub 18.10.2020-ci il tarixdə Tərtər rayonu Talış kənd ərazisində gedən döyüşlərdə hərəkətdə olan tankln aşması nəticəsində şəhadətə yuksəlib.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


29.12.2020 —“Suqovuşanın azad olunmasına görə” medalı


24.06.2021-“Cəsur döyüşçü” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Məhəmməd Allahverənov Zöhrab oğlu


8 Sentyabr 1995-ci ildə Bərdə rayonunda dünyaya gəlib.

10.09.2020-ci ildə hərbi xidmətə çağırılıb.

18.10.2020-ci ildə müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur.

 

TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


29.12.2020 —“Suqovuşanın azad olunmasına görə” medalı


24.06.2021-“Cəsur döyüşçü” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Fərhad Əliyev İlham oğlu


 

7 Sentyabr 1993-cü ildə Sumqayıt şəhərində doğulub. 11 aylıq olan zaman atası vəfat edir. Anasının himayəsində böyüyən Fərhad 9-cu sinfə kimi 20 saylı məktəbdə təhsil alır. Daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirir. Naftalan şəhərində hərbi xidmətini başa vurduqdan sonra yolunu yenə də hərbidə qalıb işləməklə davam etdirir.

Müharibə başlayan gün ona işdə təklif edirlər ki, tək övlad olduğu üçün ön cəbhədə deyil, arxa cəbhədə qalsın. Lakin Fərhad “hərbçi yoldaşlarım harada, mən də orada. Mənim onlardan nə fərqim var ki?” - deyərək etiraz edir. Beləcə, çavuş Fərhad Əliyevin döyüş yolu başlayır.


Füzuli, Cəbrayıl və Xocavənd uğrunda döyüşlərdə iştirak edən Fərhad son dəfə oktyabrın 18-də anası ilə telefon əlaqəsi saxlayır. O zaman səsindəki qürur və ümid Tacirə ananı bir qədər sakitləşdirir. Anası deyir, oğlumla danışanda inanmazdım ki, bu zəng Fərhadın son zəngi olacaq. Çünki oktyabrın 21-də Cəbrayıl uğrunda gedən döyüş Fərhadın son döyüşü olur: “Döyüş yoldaşları danışır ki, Cəbrayılda bunlar pusquya düşürlər. Orda Suriyadan olan ermənilər döyüşürmüş. O zaman komandiri deyib ki, Əliyev, silah bitir, gedin tez silah dalınca. Bu da silahı gətirib gələndə ermənilərlə qarşılaşır və gicgahından vururlar. İki saatdan sonra komandirini də vururlar”.


Fərhadın nəşi neytral zonada qaldığından, uzun müddət oradan çıxarmaq mümkün olmayıb.


 

TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 —“Xocavəndin azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

3 Eylül 2021 Cuma

Şıxıyev Səyyad Abdul oğlu


Səyyad Şıxıyev 1999-cu il sentyabrın 4-də Saatlı rayonunun Qaralar kəndində anadan olub. Subay idi.


Səyyad Şıxıyev 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin noyabr ayından isə əvvəlcə Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissədə, sonra isə Qax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.


Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Səyyad Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səyyad Şıxıyev oktyabrın 17-də Cəbrayıl döyüşləri zamanı Əşrəf Məmmədli və Aşur Cəmiyev ilə birgə şəhid olub. Saatlı rayonunun Qaralar dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Şıxıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.