9 Eylül 2021 Perşembe

Şəhid Rusif Asim oğlu Quliyev


 

9 sentyabr 1989-cu ildə Ağstafa rayonunun Yenigün kəndində dünyaya göz açmışdır.

 Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. O, 8 illik hərbi xidmət müddətində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.

Rusif Quliyev 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərində vuruşmuş, döyüşlərdə fərqlənmişdir.

Həyat yoldaşını vaxtsız itirən şəhidimizin 1 yaşlı bir qızı yadigar qalıb.

Azərbaycan Ordusunun əsgəri olan Rusif Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə noyabr ayının əvvəllərində əlaqə saxlayaraq Şuşa döyüşlərində döyüşməyə başlayan Rusif Quliyev 5 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.

 Rusif Quliyev ölümündən sonra "Vətən uğrunda","Şuşanın azad olunmasına görə" və  "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib


Allah rəhmət eləsin

#QəhrəmanlarımızıTanıtdıraq

Hər Şey Vətən Üçün

Hiç yorum yok:

Yorum Gönder