21 Kasım 2021 Pazar

Həsənov Tofiq Etibar oğlu


 

Həsənov Tofiq Etibar oğlu


Tofiq Həsənov 1989-cu il noyabrın 21-də Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. Gədəbəy rayon Daryurd kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.


Tofiq Həsənov 2010-cu ildən Daxili Qoşunların sıralarında xidmət edirdi.


Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Tofiq Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Tofiq Həsənov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.



Həsənov Məqsəd Mahir oğlu


 

Şəhid Həsənov Məqsəd Mahir oğlu

21 noyabr 1991-ci ildə Ağdam şəhərində anadan olub.


Məqsəd Həsənov İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məqsəd Həsənov oktyabrın 7-də Suqovuşan ətrafında gedən döyüşlərdə Şəhid olmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məqsəd Həsənov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Məqsəd Həsənov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məqsəd Həsənov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.


Allah rəhmət eləsin.

Kamran Şabanov



Kamran Şabanov 21 noyabr 1995-ci ildə Qax rayonunun Marsan kəndində anadan olmuşdur.Hərbi xidməti bitirdikdən sonra bərbər kimi çalışmağa başlamışdır.

 Vətən müharibəsində könüllü baş atıcı olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kamran Şabanov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Şabanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Şabanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Şabanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. 

Zülfüqarzadə Fariz Fərhad oğlu

 

  Zülfüqarzadə Fariz Fərhad oğlu


Fariz Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. 

Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə(rus bölməsində) davam etdirib. Orta təhsilli olub. Ailəli idi. 2 övladı var.


2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib.


2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tankı 2 dəfə vurulsa da yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyir. Silahlı Qüvvələrin sərrast tankçısı Fariz Zülfüqarzadə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edir. 2 dəfə yaralansa da döyüş meydanına yenidən qayıdır. Sonuncu döyüşünü oktyabr ayında Qubadlı rayonunda keçirir. 20 gün tankı düşmən tərəfindən hədəfə alınsa da, cəsur tankçımızın atəşini susdura bilmirlər. Oktyabrın 19-da düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də, öz həyatını vətənin azadlığı uğrunda qurban verir. Şəhidlik zirvəsinə ucalan Fariz Zülfüqarzadə 19 oktyabr-da Lənkəran şəhərində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fariz Zülfüqarzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.



Tale Şirinov


 

Tale Şirinov 1996-ci il noyabrın 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. Bir oğlu yadigar qaldı.

 Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tale Şirinov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 


Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tale Şirinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. 

20 Kasım 2021 Cumartesi

Firudin Sovet oğlu Mehdiyev


 

Şəhid Firudin Sovet oğlu Mehdiyev


1967-ci ilin 21 noyabr tarixində Bakı şəhərində, müəllim ailəsində anadan olmuşdur. 1974-1984-cü illərdə Nəsimi rayon 42 saylı orta məktəbdə təhsil almışdır. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun sənaye, mülki tikinti fakültəsinə daxil olmuşdur. 1992-ci ilin fevral ayında könüllü olaraq Milli Ordunun sıralarına daxil olmuşdur. O, Füzuli rayonunda yerləşən Xocavənd rayon Tuğ kənd ərazi batalyonunun kəşfiyyat qrupunda vuruşurdu. Çimən, Cəmilli, Hoğa, Veysəlli, Gövşadlı, xüsusilə Qırmızı Bazar ətrafında gedən döyüşlərdə fərqlənmişdir.


1992-ci ilin 26 iyun tarixində Xocavənd rayonunun Tuğ kəndinin girəcəyində erməni hərbi hissələri batalyonu mühasirəyə almışdılar. Batalyon komandiri, Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimov ağır yaralandığına görə döyüş meydanında köməksiz qalmışdı. Firudin Mehdiyev komandir Rasim İbrahimovun köməksiz olduğunu bildikdə, özü ilə bir qrup döyüşcü götürüb düşmən mühasirəsini yararaq, komandirə kömək göstərməyə cəhd etmişdir.


Komandir pərakəndə düşmüş hissənin mühasirədən çıxarılmasını və komandirliyi Firudinə tapşırmışdır. Firudin, 5 nəfər döyüşçü ilə birgə düşmənin atəşini üzərlərinə götürərək 600-800 əsgər və zabitin mühasirədən çıxmasına şərait yaratmışdır. 6 saatlıq döyüş zamanı Firudin Mehdiyev xeyli sayda erməni əsgərini, piyadaların 2 döyüş maşınını və 3 snayperini zərərsizləşdirmiş, özü isə qəhrəmancasına həlak olmuşdur.


Allah rəhmət eləsin

Abdurrahmanov Hafiz Xalid oğlu


Kapitan Abdurrahmanov Hafiz Xalid oğlu

21 Noyabr 1989-cu ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.

1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən S. Rüstəmov adına tam orta məktəbində 1-ci sinifə getmiş, 2005-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmuş, 2008-ci ildə Liseyi bitirmişdir. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant rütbəsi ilə bitirmişdir. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil almışdır.

2013-cü ildən Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini almışdır.

2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

2019-cu ilin payızından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini almışdır.

Azərbaycan Ordusunun kapitanı olan Hafiz Abdurrəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Hafiz Abdurrəhmanov noyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

26.06.2018 — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı


15.12.2020 — "Vətən uğrunda" medalı 


15.12.2020 — "Azərbaycan Bayrağı" ordeni 


24.06.2021 “Suqovuşanın azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.