20 Kasım 2021 Cumartesi

Abdurrahmanov Hafiz Xalid oğlu


Kapitan Abdurrahmanov Hafiz Xalid oğlu

21 Noyabr 1989-cu ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub.

1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən S. Rüstəmov adına tam orta məktəbində 1-ci sinifə getmiş, 2005-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmuş, 2008-ci ildə Liseyi bitirmişdir. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant rütbəsi ilə bitirmişdir. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil almışdır.

2013-cü ildən Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini almışdır.

2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

2019-cu ilin payızından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.

2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini almışdır.

Azərbaycan Ordusunun kapitanı olan Hafiz Abdurrəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Hafiz Abdurrəhmanov noyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

26.06.2018 — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı


15.12.2020 — "Vətən uğrunda" medalı 


15.12.2020 — "Azərbaycan Bayrağı" ordeni 


24.06.2021 “Suqovuşanın azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder