26 Aralık 2021 Pazar

Elfaq Azad oğlu Nağıyev



Şəhid Elfaq Azad oğlu  Nağıyev

Elfaq Nağıyev 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.


2003—2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb.


2012—2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində “Bədən tərbiyəsi müəllimliyi” ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi.


Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2016—2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.


Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib.


Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub.


Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Gədəbəy rayonunun Parakənd kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfaq Nağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


25 Aralık 2021 Cumartesi

Nicat Səmədov Şahin oğlu


Nicat Səmədov Şahin oğlu

1992-ci il dekabrın 26-da Bakı şəhərində anadan olub.1999-cu ildə Binəqədi rayon 297 saylı tam orta məktəbində ibtidai təhsilə başlayıb. 2005-ci ildə 6-cı sinfi bitirdikdən sonra Yasamal rayon Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7-ci sinfinə qəbul olub.2008-ci ildə bu liseyin 9-cu sinfini bitirib, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub.2011-ci ilin İyul ayında həmin kollecin mühasibat uçotu və audit üzrə təhsilini başa vurub hərbi xidmətə yollanır.[1]Hərbi xidməti DSX-nin Beyləqan rayon 2-ci Şahsevən kəndinin sərhəd bölüyündə tamamladıqdan sonra 6 aylıq gizirlik kursunu oxuyur. Təhsilini başa vurduqdan sonra DSX-nin N saylı hərbi hissəsində kiçik gizir rütbəsində çalışmağa başlayır. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. 2018-2019-cu illərdə komandanlıq tərəfindən yüksək səviyyəli xidmətinə görə fəxri fərmanlara layiq görülür. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun giziri olan Nicat Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Səmədov oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bakı şəhərinin Sulutəpə qəsəbəsində dəfn olunub.

Nicat Səmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Şaiq Məmmədov


Şaiq Məmmədov 26 dekabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, noyabrın 9-da Şuşanın Daşaltı kəndi istiqamətində şəhid olmuşdur. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Alim Ibrahimov Səhrab oğlu


Alim Ibrahimov Səhrab oğlu

 26 dekabr 1993-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində doğulub.

Sonradan Alimin ailəsi birlikdə Mingəçevir şəhərinə köçüb. O, ilk təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbdə alıb. Musiqiyə olan həvəsi hələ uşaq yaşlarında üzə çıxmışdı. Bu istəklə 2004-2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxuyub. Alim musiqi məktəbini bitirdikdən sonra Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə daxil olub. 2014-cü ildə həmin məktəbi qarmon müəllimi ixtisası üzrə bitirib. 2017-2020-ci illərdə Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyib. Dərs dediyi 3 il ərzində öz bilik və bacarıqlarını şagirdlərinə çatdırmağa nail olub.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Alim də bir çox Vətən oğulları kimi cəbhəyə yollanıb. Vətən müharibəsi dövründə Talış, Suqovuşan bölgəsində döyüşüb. 29 sentyabrda müharibənin qızğın dövründə elə həmin istiqamətdə şəhid olub. Alim İbrahimov noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.


 TƏTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


29.12.2020 — "Suqovuşanın azad olunmasına görə" medalı 


24.06.2021- “Cəsur döyüşçü” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq

Rahib Cəbrayılov Ramil oğlu


Rahib Cəbrayılov Ramil oğlu

26 Dekabr 2001-ci ildə Yevlax şəhərində anadan olub.

2007-ci ildə Quşçu kənd ümumi orta məktəbin 1-ci sinfində təshilə bşlayıb. 2016-2018-ci illərdə Xaldan kənd kompleks tam orta məktəbində 10-11-ci sinifləri oxuyub.

Rahib hərbçi olmağı arzulasa da, səhhətindəki problem Hərbi Akademiyaya getməsinə mane olur. Həmin problemə görə hərbi xidmətə də aparılmayacaqdı. Ancaq Rahibin ard-arda müraciəti nəticəsində könüllü 2020-ci il mayın 27-də hərbi xidmətə yollanır. Xidmətini Füzulinin Kürmahmudlu kəndində yerləşən hərbi hissədə yerinə yetirib.

Vətən müharibəsi başlanan ilk gündən döyüşlərdə mərdliklə, qorxmazlıqla iştirak edən Rahib, Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik məqamına qovuşub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı


24.06.2021-“Cəsur döyüşçü” medalı


 Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Malik Əliyev Təvəkkül oğlu


Malik  Əliyev Təvəkkül oğlu

26 Dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhərində 10 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. 

Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat şəhərində Hərbi Dəstəsində Komendant Bölüyünün Komandiri, 2015-ci ildən isə Horadiz şəhərində Sərhəd Dəstəsinin Komendaturasının Qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında canını uğunda qurban verdiyi Vətən torpağına əmanət olunub. 

Ailəli idi. Bir qızı yadigar qaldı.

 


TƏLTİFLƏRİ

 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı


18.08.2009 — "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı


26.06.2013 — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı


18.08.2014 — "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı


26.06.2018 — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı


18.08.2019 — "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı


15.12.2020 — "Vətən uğrunda" medalı 


15.12.2020 — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Nağıyev Əli Mehman oğlu



Nağıyev Əli Mehman oğlu

Şəhid Nağiyev Əli Mehman oğlu 1991-ci il dekabrın 25 Bakı şəhəri Səbail rayonunda dünyaya gəlib.

Şəhid Nağiyev Əli Mehman oğlu 2020-ci il

oktyabr ayının 22-sində Xocavənd uğrunda gedən

döyüşlərdə qəhrəmanına şəhid olub.  Şəhid Nağiyev Əli Mehman oğlu şəhid olandan sonra vətən

uğrunda, Xocavənd uğrunda medalı ilə təltif olunub.