25 Aralık 2021 Cumartesi

Malik Əliyev Təvəkkül oğlu


Malik  Əliyev Təvəkkül oğlu

26 Dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhərində 10 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb. 

Malik Əliyev 2008-2015-ci illərdə Sərhəd Qoşunlarının Xudat şəhərində Hərbi Dəstəsində Komendant Bölüyünün Komandiri, 2015-ci ildən isə Horadiz şəhərində Sərhəd Dəstəsinin Komendaturasının Qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan Malik Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Malik Əliyev oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında canını uğunda qurban verdiyi Vətən torpağına əmanət olunub. 

Ailəli idi. Bir qızı yadigar qaldı.

 


TƏLTİFLƏRİ

 "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı


18.08.2009 — "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı


26.06.2013 — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı


18.08.2014 — "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı


26.06.2018 — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı


18.08.2019 — "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı


15.12.2020 — "Vətən uğrunda" medalı 


15.12.2020 — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder