25 Aralık 2021 Cumartesi

Nicat Səmədov Şahin oğlu


Nicat Səmədov Şahin oğlu

1992-ci il dekabrın 26-da Bakı şəhərində anadan olub.1999-cu ildə Binəqədi rayon 297 saylı tam orta məktəbində ibtidai təhsilə başlayıb. 2005-ci ildə 6-cı sinfi bitirdikdən sonra Yasamal rayon Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7-ci sinfinə qəbul olub.2008-ci ildə bu liseyin 9-cu sinfini bitirib, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olub.2011-ci ilin İyul ayında həmin kollecin mühasibat uçotu və audit üzrə təhsilini başa vurub hərbi xidmətə yollanır.[1]Hərbi xidməti DSX-nin Beyləqan rayon 2-ci Şahsevən kəndinin sərhəd bölüyündə tamamladıqdan sonra 6 aylıq gizirlik kursunu oxuyur. Təhsilini başa vurduqdan sonra DSX-nin N saylı hərbi hissəsində kiçik gizir rütbəsində çalışmağa başlayır. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. 2018-2019-cu illərdə komandanlıq tərəfindən yüksək səviyyəli xidmətinə görə fəxri fərmanlara layiq görülür. Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun giziri olan Nicat Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Səmədov oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bakı şəhərinin Sulutəpə qəsəbəsində dəfn olunub.

Nicat Səmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder