6 Ocak 2022 Perşembe

Rufan Elzabit oğlu Əkbərli



Şəhid kiçik gizir Rufan Elzabit oğlu Əkbərli


Rufan Əkbərli 1998-ci il yanvarın 6-da Şəmkir rayonunun Çaparlı kəndində anadan olub.

 2005–2015-ci illərdə Ə. Həsənov adına Keçili kənd tam orta məktəbində təhsil alıb. 

Subay idi.


Rufan Əkbərli 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rufan Əkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rufan Əkbərli oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufan Əkbərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

4 Ocak 2022 Salı

Şamil Nazim oğlu Bababəy


 

Şəhid baş leytenant Şamil Nazim oğlu Bababəy

 1994-ci il yanvarın 4-də Ordubad rayonunun Çənnəb kəndində anadan olub. 

Ailəli idi.

Çənnəb kənd tam orta məktəbini 6-cı sinifə qədər oxuyub. 7-ci sinifə qədər Biləv kənd tam orta məktəbində oxuyub.8-ci sinifə qədər Ordubad rayonunda Uşaq Evində oxuyub.8-ci sinifi bitirdikdən sonra, həmin məktəbin tərkibindən Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur.3 il həmin liseydə oxumuşdur.2012-2016-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə daxil olur.4 il oxuduqdan sonra leytenant rütbəsinə layiq görülür. Rütbəsini aldıqdan sonra 1 il praktika keçərək biliklərini təkminləşdirib.2016-2020-ci illərdə vətənə xidmət edib. Özünün tərbiyəsi və nizam-intizamı ilə çox keçmədən baş leytenant rütbəsinə layiq görülmüşdür.


Şamil Bababəy N saylı Hərbi hissədə tankçı vəzifəsində xidmət etmişdir.


Aprel döyüşlərində iştirakı Redaktə

2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur.


İkinci Qarabağ müharibəsində iştirakı Redaktə

Azərbaycan Ordusunun baş leytenantı olan Şamil Bababəy 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Şamil Bababəy 7 oktyabrda Ağdərənin azadlığl uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.


İkinci fəxri xiyabanda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Bababəy "Vətən Uğrunda" və "lll dərəcəli" ordeni ilə təltif edildi.

Allah rəhmət eləsin


Mikayıl Vidadi oğlu Mikayılzadə



Şəhid kiçik çavuş Mikayıl Vidadi oğlu Mikayılzadə 

1992-ci il yanvarın 4-də Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. 

Ailəli idi. Bir oğlu yadigar qaldı.


Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu olan Mikayıl Mikayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayılzadə noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.


İsrafilov Anar İsrafil oğlu


 

Şəhidv İsrafilov Anar İsrafil oğlu

04.01.1990-cı ildə Ağdaş rayonunda anadan olub. Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılan Anar Vətən müharibəsində igidlik və mərdlik göstərərək 25.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Anar İsrafilov Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.


Allah rəhmət eləsin.

Qorçuyev Anar Nadir oğlu


Şəhid baş leytenant Qorçuyev Anar Nadir oğlu


Əslən Qubadlı rayonunun Çardaxlı kəndindən olan Qorçuyev Anar Nadir oğlu 1987-ci il yanvar ayının 4-də Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktətbin 1-ci sinfinə getmiş, 2005-ci ildə isə həmin məktəbin məzunu olmuşdur. Məktəbi bitirdiyi il Azərbaycan Universitetinə qəbul olmuş, 2009-cu ildə bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışan Anar hər bir kollektivin hörmət və rəğbətini qazanmışdır.

2017-ci ildə hərbi sahəyə olan marağı onu Hərbi Polisə gətirib çıxarmışdır. Daha sonra 2020-ci ilin iyun ayında Ali hərbi məktəbə qəbul olan və Vətən müharibəsi başlananda könüllü olaraq ordumuzun sıralarına qatılan Anar Qorçuyev öncə xidmətdə olduğu döyüş bölgəsində yeni gətirilən gənc əsgərlərin təlimi, döyüş hazırlığı ilə məşğul olur. 

Xidməti zamanı irəlidə döyüş getdiyindən gənc əsgərlərə də ehtiyac duyulur və onların da aktiv döyüş istiqamətinə aparılma vəziyyəti yaranır. Leytenant Anar Qorçuyev qərara alır ki, öz bölüyü ilə döyüşə girsin. Hərbi hissədə ona bildirilir ki, sən getmə, sən gənc əsgərlərin təlimində lazımsan, özün də gənc, yeni gəlmiş zabitsən. Ancaq Anar Qorçuyevin israrlı təkid və xahişindən sonra ona döyüşə qatılmasına icazə verilir. Beləliklə, Anar Qorçuyev təlim keçdiyi əsgərlərlə Füzuli istiqamətində gedən döyüşlərə qatılır. 

Döyüşdə bir çox qəhrəmanlıq  göstərən Anar Qorçuyev oktyabrın 7-də həmin istiqamətdə şəhid olur. O, Sumqayıt şəhər “Şəhidlər xiabanı"nda dəfn olunur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə leytenant Qorçuyev Anar Nadir oğlu  ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Ailəli idi. Özündən sonra geriyə 3 yaşlı bir qız övladı qaldi.

Anar istəyirdi ki, torpaqlarımız işğaldan azad olunsun, Qubadlıya bayraq sancsın və qızı böyüyəndə onunla fəxr etsin.

Bütün tanıyanların sevimlisi olan Anar xatirəmizdə əbədi yaşayacaq və daim fəxrimiz olanlardan biri olacaq! 


ALLAH RƏHMƏT ELƏSİN !


Teymur Sabir oğlu Qasımov


Şəhid XTQ mənsubu Teymur Sabir oğlu Qasımov

1992-ci ilin 4 yanvar günündə Mingəçevir şəhərində anadan olub.


Gizir Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.


Aprelin 9-u isə Teymur Qasımov doğulduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.


Allah rəhmət eləsin.


1 Ocak 2022 Cumartesi

Röyal Arzu oğlu Həsənov



Şəhid Röyal Arzu oğlu Həsənov 

1992-ci il yanvarın 2-də Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub.

Subay idi.


Azərbaycan Ordusunun əsgər olan Röyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Röyal Həsənov oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Həsənov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.