4 Ocak 2022 Salı

Teymur Sabir oğlu Qasımov


Şəhid XTQ mənsubu Teymur Sabir oğlu Qasımov

1992-ci ilin 4 yanvar günündə Mingəçevir şəhərində anadan olub.


Gizir Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.


Aprelin 9-u isə Teymur Qasımov doğulduğu Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.


Allah rəhmət eləsin.


Hiç yorum yok:

Yorum Gönder