4 Ocak 2022 Salı

Qorçuyev Anar Nadir oğlu


Şəhid baş leytenant Qorçuyev Anar Nadir oğlu


Əslən Qubadlı rayonunun Çardaxlı kəndindən olan Qorçuyev Anar Nadir oğlu 1987-ci il yanvar ayının 4-də Sumqayıt şəhərində anadan olmuşdur. 1994-cü ildə Sumqayıt şəhər 9 nömrəli tam orta məktətbin 1-ci sinfinə getmiş, 2005-ci ildə isə həmin məktəbin məzunu olmuşdur. Məktəbi bitirdiyi il Azərbaycan Universitetinə qəbul olmuş, 2009-cu ildə bitirmişdir. 2009-2010-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışan Anar hər bir kollektivin hörmət və rəğbətini qazanmışdır.

2017-ci ildə hərbi sahəyə olan marağı onu Hərbi Polisə gətirib çıxarmışdır. Daha sonra 2020-ci ilin iyun ayında Ali hərbi məktəbə qəbul olan və Vətən müharibəsi başlananda könüllü olaraq ordumuzun sıralarına qatılan Anar Qorçuyev öncə xidmətdə olduğu döyüş bölgəsində yeni gətirilən gənc əsgərlərin təlimi, döyüş hazırlığı ilə məşğul olur. 

Xidməti zamanı irəlidə döyüş getdiyindən gənc əsgərlərə də ehtiyac duyulur və onların da aktiv döyüş istiqamətinə aparılma vəziyyəti yaranır. Leytenant Anar Qorçuyev qərara alır ki, öz bölüyü ilə döyüşə girsin. Hərbi hissədə ona bildirilir ki, sən getmə, sən gənc əsgərlərin təlimində lazımsan, özün də gənc, yeni gəlmiş zabitsən. Ancaq Anar Qorçuyevin israrlı təkid və xahişindən sonra ona döyüşə qatılmasına icazə verilir. Beləliklə, Anar Qorçuyev təlim keçdiyi əsgərlərlə Füzuli istiqamətində gedən döyüşlərə qatılır. 

Döyüşdə bir çox qəhrəmanlıq  göstərən Anar Qorçuyev oktyabrın 7-də həmin istiqamətdə şəhid olur. O, Sumqayıt şəhər “Şəhidlər xiabanı"nda dəfn olunur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə leytenant Qorçuyev Anar Nadir oğlu  ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Ailəli idi. Özündən sonra geriyə 3 yaşlı bir qız övladı qaldi.

Anar istəyirdi ki, torpaqlarımız işğaldan azad olunsun, Qubadlıya bayraq sancsın və qızı böyüyəndə onunla fəxr etsin.

Bütün tanıyanların sevimlisi olan Anar xatirəmizdə əbədi yaşayacaq və daim fəxrimiz olanlardan biri olacaq! 


ALLAH RƏHMƏT ELƏSİN !


Hiç yorum yok:

Yorum Gönder