5 Şubat 2022 Cumartesi

Natiq Mahmudov Ramazan oğlu


 Şəhid Natiq Mahmudov Ramazan oğlu

1998-ci il fevralın 2-də Zaqatala rayonunun Muxax kəndində anadan olub. 2004-2015-ci illərdə A.Bubuşov adına Muxax kənd tam orta məktəbində təhsil alıb. Subay idi.


Natiq Mahmudov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.


Natiq Mahmudov noyabrın 5-də Şuşa döyüşləri zamanı ağır yaralanıb. Uzun müddət Respublika Neyrocərrahiyə Xəstəxanasında komada qalıb. Dekabrın 26-da şəhid olub. Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Natiq Mahmudov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Əliyev Asiman Vaqif oğlu


 Şəhid mayor Əliyev Asiman Vaqif oğlu

1987-ci il fevralın 1-də Ordubad rayonunu Düylün kəndində anadan olub. Ali təhsilini 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alan Asiman Əliyev, 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) dinləyici olub.  Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asiman Əliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Bakı şəhərin III Fəxri Xiyabanda dəfn olunub.  Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə mükafatlandırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Vaqif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ALLAH RƏHMƏT ELƏSİN.



Azad Azər oğlu Tapdıqov


 Şəhid Azad Azər oğlu Tapdıqov

1 fevral 1997-ci ildə Ağcabədi rayonunun Yuxarı Avşar kəndində anadan olmuşdur.


Azad Tapdıqov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.


2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Tapdıqov səfərbər olunmuşdur və hərbi toplantılara çağırılmışdır.


Azərbaycan Ordusunun əsgəri olan Azad Tapdıqov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azad Tapdıqov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Ağcabədi rayonunun Avşar kəndində dəfn olunmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Azad Tapdıqov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Cəfərov Səid Zəfər oğlu


 Şəhid Cəfərov Səid Zəfər oğlu

4 fevral 1993-cü ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində dünyaya göz açmışdır. İlk təhsilini İlqar Səfərov adına Neftçala rayon Mürsəqulu kənd tam orta məktəbində almışdır. Türkiyədə Jandarma Komanda Xüsusi Asayiş Komutanlığında JİAK təməl kursunu fərqlənmə ilə bitirib.


Bu günə qədər baş çavuş rütbəsinə qədər yüksələn Səid bilirdi ki, torpaqlarımızı bir gün işğaldan azad edənlərdən biri olacaq. Elə də olur. 27 sentyabr 2020-ci ildən başlayan Azərbaycanın Zəfər Yolunda Səid də bir qəhrəman baş çavuş kimi Qarabağın azadlığı üçün qazanılmalı olan göydəndüşmə fürsəti əldən vermir və döyüşdən-döyüşə atılaraq var gücü ilə öz qəhrəmanlığını göstərir.


Qəhrəman Səid Şəhid olduğu günə qədər Füzuli, Cəbrayıl, Hadrut və digər torpaqlarımız uğrunda gedən döyüşlərdə xüsusi fərqlənərək böyük qəhrəmanlıq göstərir.


Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşündə Səid ən böyük arzusunu yerinə yetirir və dilbər guşəmiz, musiqi, muğam beşiyimiz olan Şuşa şəhərinin azad olunmasında böyük rol oynayır. Şuşanı işğaldan azad edənlərdən biri olur. Atasının adı Zəfər olan baş çavuş Səid Zəfər oğlu Cəfərov Ali Baş Komandan İlham Əliyev xalqına müraciət edib Şuşanın azad edilməsi müjdəsini verən gün, Zəfər Günündə, 8 noyabr 2020-ci ildə xalqımızın Zəfəri qazanmağında böyük rol oynayanlardan biri olaraq son arzusuna Şəhidlik Zirvəsinə də çatır.


Hərbi hissə qarşısında qoyulmuş tapşırıqları böyük fərqlənmə ilə yerinə yetirdiyinə, Şəhid olduğu günə qədər bütün döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyinə görə Şəhid baş çavuş Səid Zəfər oğlu Cəfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.


Səid Zəfər oğlu Cəfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Nuriyev Hikmət Mübariz oğlu


 Şəhid Nuriyev Hikmət Mübariz oğlu

Hikmət Nuriyev 2002-ci il fevralın 1-də Lerik rayonunda anadan olub. Subay idi. Hikmət Nuriyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Hikmət Nuriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət Nuriyev sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Samir Xaliq oğlu İslamov


Şəhid Samir Xaliq oğlu İslamov 

1983-cü il fevralın 5-də Sumqayıt şəhərində anadan olub.

Ailəli idi. Dörd övladı yadigar qaldı.


Azərbaycan Ordusunun kapitanı olan Samir İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir İslamov oktyabrın 9-da Talış döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir İslamov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Daşdəmirov Taleh Fərhad oğlu


Şəhid Daşdəmirov Taleh Fərhad oğlu

1998 ci il 5 fevralda Şəki rayon Qoxmuq kəndində doğulub.

Kənd məktəbinin məzunu olub.


 İyul döyüşlərindən sonra könüllü kimi yazılmışdı.Döyüşlər başlayanda o,da şəhadətə gülərək yeriyənlərdən oldu.Fizuli, Cəbrayıl rayonlarında eləcə də Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa döyüşlərində şəhadətə yüksəlib.

Bir saat qalmış sinəsindən vurularaq şəhid olub. 2 aya yaxın itkin kimi axtarırdı...

sonra şəhid olduğu bilindi

26 dekabrda dəfn edildi

Ailəsi axırıncı dəfə 8 noyabrda çəkilmiş videosunu görüb. Nə qədər vaxtdır sağ qayıdacağına ümid edərək gözlədilər. Anası həftələrlə stolu qapının ağzına qoyub gecəni yatmadan oradaca gözləyib. Deyirdi birdən oğlum gələr qapıda qalar. Allah ailəsinə səbir versin..