5 Şubat 2022 Cumartesi

Əliyev Asiman Vaqif oğlu


 Şəhid mayor Əliyev Asiman Vaqif oğlu

1987-ci il fevralın 1-də Ordubad rayonunu Düylün kəndində anadan olub. Ali təhsilini 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alan Asiman Əliyev, 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) dinləyici olub.  Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asiman Əliyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Bakı şəhərin III Fəxri Xiyabanda dəfn olunub.  Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə mükafatlandırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asiman Vaqif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

ALLAH RƏHMƏT ELƏSİN.



Hiç yorum yok:

Yorum Gönder