5 Şubat 2022 Cumartesi

Cəfərov Səid Zəfər oğlu


 Şəhid Cəfərov Səid Zəfər oğlu

4 fevral 1993-cü ildə Neftçala rayonunun Xol Qarabucaq kəndində dünyaya göz açmışdır. İlk təhsilini İlqar Səfərov adına Neftçala rayon Mürsəqulu kənd tam orta məktəbində almışdır. Türkiyədə Jandarma Komanda Xüsusi Asayiş Komutanlığında JİAK təməl kursunu fərqlənmə ilə bitirib.


Bu günə qədər baş çavuş rütbəsinə qədər yüksələn Səid bilirdi ki, torpaqlarımızı bir gün işğaldan azad edənlərdən biri olacaq. Elə də olur. 27 sentyabr 2020-ci ildən başlayan Azərbaycanın Zəfər Yolunda Səid də bir qəhrəman baş çavuş kimi Qarabağın azadlığı üçün qazanılmalı olan göydəndüşmə fürsəti əldən vermir və döyüşdən-döyüşə atılaraq var gücü ilə öz qəhrəmanlığını göstərir.


Qəhrəman Səid Şəhid olduğu günə qədər Füzuli, Cəbrayıl, Hadrut və digər torpaqlarımız uğrunda gedən döyüşlərdə xüsusi fərqlənərək böyük qəhrəmanlıq göstərir.


Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşündə Səid ən böyük arzusunu yerinə yetirir və dilbər guşəmiz, musiqi, muğam beşiyimiz olan Şuşa şəhərinin azad olunmasında böyük rol oynayır. Şuşanı işğaldan azad edənlərdən biri olur. Atasının adı Zəfər olan baş çavuş Səid Zəfər oğlu Cəfərov Ali Baş Komandan İlham Əliyev xalqına müraciət edib Şuşanın azad edilməsi müjdəsini verən gün, Zəfər Günündə, 8 noyabr 2020-ci ildə xalqımızın Zəfəri qazanmağında böyük rol oynayanlardan biri olaraq son arzusuna Şəhidlik Zirvəsinə də çatır.


Hərbi hissə qarşısında qoyulmuş tapşırıqları böyük fərqlənmə ilə yerinə yetirdiyinə, Şəhid olduğu günə qədər bütün döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyinə görə Şəhid baş çavuş Səid Zəfər oğlu Cəfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.


Səid Zəfər oğlu Cəfərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Hiç yorum yok:

Yorum Gönder