19 Ocak 2020 Pazar

17 yanvar

17 yanvar AZƏRBAYCAN BAYRAĞI ORDENİ İLƏ TƏLTİF OLUNMUŞ ŞƏHİDLƏRİMİZ MEHRAC MAHMUDOVUN VƏ NİZAMİ ƏLƏKBƏROVUN DOĞUM VƏ ŞƏHİDTƏBRİZ HƏMZƏYEVİN ANIM GÜNÜDÜR.
Mehrac Məhəmməd oğlu Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində alıb. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında Xaborovski şəhərində hərbi xidmətdə olub. Texnologiya institutunu bitirib. 1980-ci ildə sərbəst güləş üzrə «Usta» normasını yerinə yetirib.
ŞƏHİDLƏRİMİZ MEHRAC MAHMUDOV ile ilgili görsel sonucu"Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyən M.Mehrac erməni işğalçılarına qarşı vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə batalyon”una gəlmiş, 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt batalyona rəsmi qəbul edilmədiyi halda hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərmişdir. Sonradan 2 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. M.Mahmudov Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir. 1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən döyüşlərdə şücaətlər göstərmişdir.
1994-cü il aprelin 23-də Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
24 may 2016-cı ildə Tərtər şəhərindəki küçələrdən birinə Mehrac Mahmudovun adı verilmişdir.
Nizami Səfi oğlu Ələkbərov ile ilgili görsel sonucu"Nizami Səfi oğlu Ələkbərov 1978-cı il yanvar ayının 17-də Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Altı qardaşın ən kiçiyi idi. 1982-ci ildə Quzanlıdakı orta məktəbin I sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib. 1995-ci il iyul ayının 27-də hərbi xidmətə yollanıb. "N" saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərərgah rəisinin əmri ilə döyüş tapşırığı yerinə yetirmək üçün döyüş bölgəsinə göndərilib. 7 nəfər kəşfiyyatçı ilə birgə erməni hərbçilərinin arxa cəbhəsinə adlayıb. Üç gün burada qalıb və həmin istiqamətdə ermənilərin bütün mühüm hərbi obyektlərinin yerini öyrənərək radiostansiya vasitəsilə öz komandanlığına çatdırıb. Lakin əməliyyatı tamamlayıb geri dönərkən erməni hərbçiləri onların izinə düşüb. Döyüşdə xeyli sayda erməni hərbçisini məhv etsələr də, güllələri qurtardığına görə düşmən əlinə keçməmək üçün qranatla özlərini partladaraq həlak olublar. Onların meyitləri yalnız 1997-cı ilin oktyabr ayında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsilə geri alınıb. Onlar 1997-cı il oktyabr ayının 16-da Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıblar.
Nizamı Səfi oğlu Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

ŞƏHİDİMİZ TƏBRİZ HƏMZƏYEVİN ANIM GÜNÜDÜR.
ŞƏHİDİMİZ TƏBRİZ HƏMZƏYEV ile ilgili görsel sonucu"Həmzəyev Təbriz Vəli oğlu 1991-ci il dekabrın 13-də Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-2009-cu ildə Nehrəm kənd 2 nömrəli orta məktəbində oxuyub. 18 yanvar 2010-cu ildə Babək rayon Hərbi Komissarlığından hərbi hərbi xidmətə göndərilib və Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib.
Təbriz Həmzəyev xidmətinin 6-cı ayında komandirindən xahiş edir ki, onu hərbi hissənin döyüş postuna göndərsinlər.
2011-ci il yanvarın 16-da Şahbuz rayonunda yerləşən hərbi hissənin Qoqi postunda xidməti döyüş tapşırığını yerinə yetirərkən qar uçqunu nəticəsində şəhid olub.
2011-ci il yanvarın 17-də Nehrəm kənd qəbristanlığında dəfn olunub.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Hiç yorum yok:

Yorum Gönder