2 Kasım 2020 Pazartesi

Ağdamda #məktəb binasına #mərmi düşüb

Noyabrın 2-də #Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Mahrızlı kəndi atəşə tutulub. Nəticədə Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan dəyib, tədris binasının bir korpusu tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.   


Qeyd edək ki, Mahrızlı kənd tam orta məktəbində 292 şagird təhsil alır, 35 müəllim pedaqoji fəaliyyətlə məşğuldur. 


Bu günədək düşmən təcavüzü nəticəsində 50 məktəbə ziyan dəyib.

#TəhsilNazirliyi #EduAz #ÜmumiTəhsil #StopArmenianAggression

#ArmeniaKillsCivilians #StopArmenianTerrorism

Hiç yorum yok:

Yorum Gönder