21 Kasım 2020 Cumartesi

Urkayev Pərviz Nazim

 Bir evdə iki qazi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə torpaq üçün vuruşan qəhrəmanımız  Balakən rayonu Şambul kənd sakini Urkayev Pərviz Nazim oğlu.

Pərviz 2018-ci il Balakən rayonu İmam Şamil adına məktəbi bitirib.

Pərviz II Suqovuşana Azərbaycan Bayrağını sancan igiddir. Bayrağı sancan zaman düşmən snayperi tərəfindən ayağından vurulub. Pərviz yaralı ayağını özü sarıyaraq , yenidən dirəyə çıxıb və bayrağımızı asıb. 4 oktyabr 2020-ci il tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə tank əleyhinə minaya düşərək ayağını itirib.

Atası Urkayev Nazim İbrahim oğlu 1993-1994-cü illərdə Ağdərə və Ağdam döyüşlərinin qazisidir.









Hiç yorum yok:

Yorum Gönder