17 Kasım 2020 Salı

Şəhid Novruzov Amin.

 


🇦🇿 Şəhid Novruzov Amin.

16 avqust 1996-cı ildə Balakən rayonu, Qullar kəndində anadan olub.
ÇHD əsgəri Amin Novruzov, Vətən müharibəsinin Zəngilan cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhid olub. 

Bir ilin əsgəri olmuş, Balakənli Novruzov Amin haqqında döyüş yoldaşının dediklərini diqqətinizə çatdırıram.

Nardaran hərbi komisarlığına könüllü müraciət edib, döyüşə yollanan əsgərimiz deyir: 

Bir gün bizim qrup düşmənlə üz-üzə döyüşə girməyə yollanmağa hazırlaşırdı. Elə bu məqamda bir gənc əsgər komandirinə muraciət etdiki, komandir bəs biz nə vaxt erməni ilə çarpışmağa gedəcəyik? Mən özümü saxlaya bilməyib bu cavan oğlana: Siz hələ gəncsiz, biz yaşayıb görmüşük, ona görə siz araxada qalsaz yaxşıdı.

Bu sözüm Aminə pis təsir etdi və etiraz edərək mənə acı cavab verdi. Bu gəncin necə döyüşə getmək istədiyi açığı məni qürurlandırdı, amma onun kimi gənc balalar şəhid olmasın deyə mən könüllü gəlmişdim cəbhəyə. Əl qərəz, bir gün düşmənlə qızğın döyüşlərin getdiyi bir vaxt birdə baxdım ki, mənimlə çiyin-çiyinə döyüşən gənc, həmin bu, mənimlə mübahisə edən oğlandır. Pulemyot atıcısı idi. Pulemyotu ustalıqla istifadə edirdi. Həmin döyüş çox ağır keçdi və döyüşə getməsinə mane olmağa çalışdığım  cəngavər, Novruzov Amin ağır yaralanmışdı. Döyüş meydanından onu sürüyüb bir təhər çıxardım, lakin daha sonra şəhid olduğunu eşidəndə çox sarsıldım. İndi onu ata ocağına gətirməkdə mənim qismətimdə imiş. Allah şəhidimizə rəhmət eləsin. Valideyinlərinə başınız uca olsun deyirəm və Allahdan səbr diləyirəm.


Hiç yorum yok:

Yorum Gönder