1 Ağustos 2021 Pazar

Gizir Orxan Çobanov Zahid oğlu



 2 Avqust 1997-ci ildə Xaçmaz rayonunun Pirquluoba kənddində doğulub. Kiçik yaşlarından kikboksinq idman növü ilə məşqul olub. Bir neçə idman yarışlarında medal və diplomlarla təltif olunub. Sentyabrın 28-də Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə ucalıb.


Prezident İlham Əliyevin Sərəncamı ilə şəhid Gizir Orxan Çobanov 15.12.2020-ci ildə “Vətən uğrunda”, 25.12.2020-ci ildə “Füzulinin azad olunmasına görə” 24.06.2021-ci ildə “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Orxan Çobanov vətəninə, millətinə bağlı gənc olub. Vətənini valideyinlərindən və qardaşından çox sevərdi.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

Hiç yorum yok:

Yorum Gönder