10 Aralık 2020 Perşembe

Hüseynov Əsgər Vaqif oğlu

 

 







Şəhid Hüseynov Əsgər 23.12.1998- ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. 2004 -cü ildə Qurban Nağıyev adına Kortala tam orta məktəbinə daxil olub. 2012- ci ildə 9 illik təhsilini başa vurub. Daha sonra təhsilini Zaqatala Rayonu Əliabad İslam Mədrəsəsində davam etdirib. 03.01.2017- ci ildə hərbi xidmətə çağırılmışdır.2019 -cu ildə hərbi xidməti başa vurub.

29.09.2020 -ci il tarixində Vətən müharibəsi döyüşlərinə qatılıb.

  25.10.2020 -ci ildə Xocavənd rayonunda  gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından xilas eləyib, özü isə qəhrəmancasına döyüşərək şəhid olub.

26.10.2020 -ci ildə  Balakən rayonunda dəfn olunub.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin VIII sinif şagirdi  Abdullayeva Nərgiz.

 


Tülüyev Yaşar Aydın oğlu

                   Qəhrəman əsgər


   Tülüyev Yaşar Aydın oğlu 1993.05.07 tarixində Balakən rayonunda anadan olub. 2010-cu ildə M.F.Axındov adına Sarıbulaq kənd tam orta məktəbini bitirib. Musiqiyə həvəsi çoxdur. 2007-ci ildən  sintezator ifa edir. 28.09.2020-ci tarixində səfərbəylikdə müharibəyə çağırılmışdır. İlk dəfə Goranboyda oldu, sonra Kəlbəcər rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda  Murov dağ  yüksəkliklərindədir. 

Allah  bütün əsgərlərimizi saxlasın!!! 

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin VII sinif şagirdi Tülüyeva Səma


9 Aralık 2020 Çarşamba

Novruzov Amin Tacəddin oğlu

            Novruzov Amin Tacəddin oğlu 




16.08.1996 cı ildə Balakən rayon Qullar kəndində anadan olmuşdur.9 cu sinifdə olarkən Heydər Əliyev adına Naxçıvanski hərbi liseyinə daxil olmaq üçün sənədlərini vermişdi amma müəyyən problemlərdən dolayı o daxil ola bilməmişdi. Həmçinin o Hərbi Akademiyaya daxil olmaq üçün sənədlərini vermiş və bu istəyi də baş tutmamışdı. Bundan sonra o hərbi xidmətə yola düşdü. 2016 cı ildə baş verən Aprel döyüşlərində ön cəbhədə vuruşaraq evinə sağ salamat gəlib çatmışdır. Amin Novruzov vətəninə, millətinə qarşı olan sevgisi heç nə əvəz edə bilməzdi. Amin Novruzov öz hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət vermək üçün öz sənədlərini toplayıb orduya verdi və gizir kimi xidmətə başladı. 2020 ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində iştirak edən Amin Aprel döyüşlərində olduğu kimi ön cəbhədə vuruşurdu. Pulemyot atıcısı idi. Pulemyotu ustalıqla istifadə edirdi. Aminin ən böyük arzusu işğal olunmuş torpaqları azad etmək, o torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaq idi. Zəngilan istiqamətində gedən ağır döyüşdə 02.11.2020 çi il tarixində Azərbaycan bayrağını işğal olmuş ərazilərdə dalğalandıraraq qəhrəmancasına şəhid olmuşdur.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi Musayeva Gülay


Şəhid Sarkayev Nəcməddin Əli oğlu.

 


Canını vətən yolunda verən şəhidimiz Sarkayev Nəcməddin Əli oğlu. 1990-cı il Balakən rayonu Şərif kəndində anadan olmuşdur. 2017-ci ildə 1-ci Qarabağ müharibəsində şəhid olan Natiq Davudovun adını daşıyan Şərif 1 saylı kənd tam orta məktəbini əla qiymətlərlə bitirmiş və hərbi xidmətə yollanmışdır.

2-ci Vətən müharibəsi başlayanda könüllü yola düşmüşdür. 21 yaşına da elə cəbhədə girən igidimizə göstərdiyi qəhrəmanlığına görə Gizir hərbi rütbəsi verilərək təltif edilmişdir. Avar-əsilli olan igidimiz vətən dediyi torpaqları canı bahasına qorudu. Ağdərə - Tərtər istiqamətində Şəhidlik zirvəsinə ucaldı. Məzun günü Üçrəngli Bayrağımızı özüm götürəcəm deyə bütün sinifə meydan oxumuşdur və götürmüşdü. 05.11.2020 -ci ildə isə onun bayrağa bükülmüş tabutu gəldi.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi İbadova Nəsrin


Əlisultanov Vahid Tahir oğlu

 

Əlisultanov Vahid Tahir oğlu

10.11 1994-cu ildə Balakən rayonu Gərəkli kəndində anadan olub. 

2001-ci ildə orta məktəbə daxil olmuş və 2011-ci ildə tam orta məktəbi bitirdikdən sonra , 2013-cu ildə hərbi xidmətə yollanıb.

2016-ci ildən gizir vəzifəsində işləyib. 

Vahid 2020-ci ilin noyabr ayında 2-ci Qarabağ müharibəsi - Qubadlı döyüşlərində qəhrəmancasına şəhid olub.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin VII sinif şagirdi İbrahimov İsmayıl.



Muradov Kənan Cavid oğlu

 


Muradov Kənan Cavid oğlu 10.07.2002- ci ildə Balakən rayon Gərəkli kəndində anadan olub. 2009- cu ildə Balakən rayon M.Müşfiq adına Gərəkli tam orta məktəbində 1-ci sinfə daxil olub. 2019- cu ildə 11 illik tədrisini başa çatdırdıqdan sonra 2020-ci il 25 iyul tarixində hərbi xidmətə yola düşüb. Ağcabədi rayonu 704 saylı hərbi hissədə bir ay qaldıqdan sonra Beyləqan rayon 702 saylı hərbi hissəyə gətirilərək hərbi xidmətini burada dəvam etdirmişdir. II Qarabağ müharibəsi başlayarkən Kənan da işğal altındakı torpaqlarımızın azadlığı uğrunda vuruşmuş , iki ay on iki günlük əsgərlik müddətindən sonra 18 yaşında ikən 06.10.2020 -ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixində Balakən rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi İsaxəliyeva Arzu

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

09 dekabr 2020, 17:40

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilsin:

Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant

Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor

Məmmədov Zaur Sabir oğlu – general-mayor

Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor

Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik

Ələkbərov Babək Mürsəl oğlu – polkovnik

Hüseynov Telman Əsgər oğlu – polkovnik

İsrayılov Raqif İbadulla oğlu – polkovnik

Qurbanov Babək Vahid oğlu – polkovnik

Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik

Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra)

Sultanov Vüsal Eynulla oğlu – polkovnik

Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik

Zeynalov Zaur İlham oğlu – polkovnik

Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan

Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant

Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant

Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)

İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant

İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant

Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra)

Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant

Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant

Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant

Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra)

Bağıyev Mirdamət Səristan oğlu – mayor

Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra)

Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra)

Həsənov Saleh Valeh oğlu – mayor

Hüseynquliyev Şahin Yusif oğlu – mayor

Hüseynov Zaur Rahat oğlu – mayor

Qaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra)

Qasımov Anar Misir oğlu – mayor

Quliyev Röyal İlham oğlu – mayor

Qurbanov Səfər Qurban oğlu – mayor

Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra)

Məmmədov Anar İbrahim oğlu – mayor

Orucov İlqar Rəhman oğlu – mayor

Səfərli Gündüz Ağamməd oğlu – mayor

Səfərov Elvin Sərraf oğlu – mayor

Şirinov Elnur Ramiz oğlu – mayor

Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra)

Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra)

Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra)

Bağırlı Qəzənfər Kərim oğlu – kapitan

Bədəlov Nicad Mehman oğlu – kapitan

Əliyev Fərid Vaqif oğlu – kapitan

Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra)

Hudulov Ramazan İzzət oğlu – kapitan

Qasımlı Rəşad Məzahir oğlu – kapitan

Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra)

Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra)

Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra)

Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra)

Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan

Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant

Balacayev İzzət Zakir oğlu – baş leytenant

Behbudov Cavid Ədalət oğlu – baş leytenant

Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra)

Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra)

İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra)

Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra)

Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra)

Hüseynov Yaşar Əhəd oğlu – baş gizir

İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra)

Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra)

Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra)

Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra)

Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra)

Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra)

Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir

Hüseynov Əli Rəşid oğlu – kiçik gizir

İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra)

Novruzov Amin Tacəddin oğlu – kiçik gizir (ölümündən sonra)

Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra)

Abdullazadə Azər Rizvan oğlu – əsgər

Əflətov Murad İlyas oğlu – əsgər

Yaqubov Vüsal Elşən oğlu – əsgər.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2020-ci il.