9 Aralık 2020 Çarşamba

Muradov Kənan Cavid oğlu

 


Muradov Kənan Cavid oğlu 10.07.2002- ci ildə Balakən rayon Gərəkli kəndində anadan olub. 2009- cu ildə Balakən rayon M.Müşfiq adına Gərəkli tam orta məktəbində 1-ci sinfə daxil olub. 2019- cu ildə 11 illik tədrisini başa çatdırdıqdan sonra 2020-ci il 25 iyul tarixində hərbi xidmətə yola düşüb. Ağcabədi rayonu 704 saylı hərbi hissədə bir ay qaldıqdan sonra Beyləqan rayon 702 saylı hərbi hissəyə gətirilərək hərbi xidmətini burada dəvam etdirmişdir. II Qarabağ müharibəsi başlayarkən Kənan da işğal altındakı torpaqlarımızın azadlığı uğrunda vuruşmuş , iki ay on iki günlük əsgərlik müddətindən sonra 18 yaşında ikən 06.10.2020 -ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixində Balakən rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi İsaxəliyeva Arzu

Hiç yorum yok:

Yorum Gönder