9 Aralık 2020 Çarşamba

Novruzov Amin Tacəddin oğlu

            Novruzov Amin Tacəddin oğlu 




16.08.1996 cı ildə Balakən rayon Qullar kəndində anadan olmuşdur.9 cu sinifdə olarkən Heydər Əliyev adına Naxçıvanski hərbi liseyinə daxil olmaq üçün sənədlərini vermişdi amma müəyyən problemlərdən dolayı o daxil ola bilməmişdi. Həmçinin o Hərbi Akademiyaya daxil olmaq üçün sənədlərini vermiş və bu istəyi də baş tutmamışdı. Bundan sonra o hərbi xidmətə yola düşdü. 2016 cı ildə baş verən Aprel döyüşlərində ön cəbhədə vuruşaraq evinə sağ salamat gəlib çatmışdır. Amin Novruzov vətəninə, millətinə qarşı olan sevgisi heç nə əvəz edə bilməzdi. Amin Novruzov öz hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət vermək üçün öz sənədlərini toplayıb orduya verdi və gizir kimi xidmətə başladı. 2020 ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində iştirak edən Amin Aprel döyüşlərində olduğu kimi ön cəbhədə vuruşurdu. Pulemyot atıcısı idi. Pulemyotu ustalıqla istifadə edirdi. Aminin ən böyük arzusu işğal olunmuş torpaqları azad etmək, o torpaqlarda Azərbaycan bayrağını dalğalandırmaq idi. Zəngilan istiqamətində gedən ağır döyüşdə 02.11.2020 çi il tarixində Azərbaycan bayrağını işğal olmuş ərazilərdə dalğalandıraraq qəhrəmancasına şəhid olmuşdur.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi Musayeva Gülay


Hiç yorum yok:

Yorum Gönder