9 Aralık 2020 Çarşamba

Şəhid Sarkayev Nəcməddin Əli oğlu.

 


Canını vətən yolunda verən şəhidimiz Sarkayev Nəcməddin Əli oğlu. 1990-cı il Balakən rayonu Şərif kəndində anadan olmuşdur. 2017-ci ildə 1-ci Qarabağ müharibəsində şəhid olan Natiq Davudovun adını daşıyan Şərif 1 saylı kənd tam orta məktəbini əla qiymətlərlə bitirmiş və hərbi xidmətə yollanmışdır.

2-ci Vətən müharibəsi başlayanda könüllü yola düşmüşdür. 21 yaşına da elə cəbhədə girən igidimizə göstərdiyi qəhrəmanlığına görə Gizir hərbi rütbəsi verilərək təltif edilmişdir. Avar-əsilli olan igidimiz vətən dediyi torpaqları canı bahasına qorudu. Ağdərə - Tərtər istiqamətində Şəhidlik zirvəsinə ucaldı. Məzun günü Üçrəngli Bayrağımızı özüm götürəcəm deyə bütün sinifə meydan oxumuşdur və götürmüşdü. 05.11.2020 -ci ildə isə onun bayrağa bükülmüş tabutu gəldi.

Balakən rayonu Nizami adına 1 saylı tam orta məktəbin X sinif şagirdi İbadova Nəsrin


Hiç yorum yok:

Yorum Gönder