1 Kasım 2021 Pazartesi

Şəhid Quluzadə Elmin Şəmsi oğlu


 

Şəhid Quluzadə Elmin Şəmsi oğlu


01.11.1998-ci il tarixində Tərtər rayonu  Kəngərli kəndində  anadan olub. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən 2020 ci il 17 oktyabrda  şəhid olmuşdur.. 

  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə  təltif edilmişdir. 

  Allah rəhmət eləsin !

Yaşar Əli oğlu Xudayev

Yaşar Əli oğlu Xudayev

1999-cu il noyabrın 1-də Quba şəhərində anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan Yaşar Xudayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Yaşar Xudayev sentyabrın 27-də Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düş-mən tərəfindən açılan atəş nəti-cəsində aldığı qəlpə yarasından şəhid olub. Quba şəhərində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Xudayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Xudayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Elman Babayev Telman oğlu


Elman Babayev Telman oğlu

1 noyabr 1994-cü ildə  rayonunun Padar kəndində anadan olub. 2001-ci ildə şəhid Arzu Əliyev adına Padar kənd tam orta məktəbinin 1-ci sinifinə getmişdir. 2007-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmişdir. 2012-ci ildə təhsilini başa vurmuşdur.

Elman Babayev 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elman Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Elman Babayev sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Elman Babayev oktyabrın 4-də Oğuz Şəhidlər Xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.. Ailəli idi, 2 övladı yadigar qaldı.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


29.12.2020 — "Kəlbəcərin  azad olunmasına görə" medalı


30.12.2021 “Hərbi xidmətlərə görə” medalı


24.06.2021 — "Qubadlının azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Fuad Tağıyev



Fuad Tağıyev 1996-cı il noyabrın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. 2014-cü ildə Sabirabad rayon Ətcələr kənd tam orta məktəbindən məzun olmuşdur.


Fuad Tağıyev 2014-2016-cı illərdə əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin, sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq xidmət edirdi. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.


Fuad Tağıyev 2018-ci ildə "kiçik gizir" rütbəsi ilə xidmətini davam etdirmişdir. 2019-cu ildə “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi“ münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və 2020-ci ildə də isə qış tədris dövründə nizam-intizamda, döyüş və ictimai-siyasi hazırlıqlarda göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşdur.


Döyüş yoldaşları deyir ki, Fuad Tağıyev sanki hərb üçün doğulmuşdu.


Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Fuad Tağıyevi qohumları “Tağı” kimi tanıyıb, ağıllarına belə gəlməyib ki, bu cılız oğlan böyüyəndə necə şücaətlər göstərəcək, bütün Azərbaycan onun qəhrəmanlığından danışacaq...


Fuad orta məktəbi bitirib hərb sənətinə yiyələnməyi qarşısına məqsəd qoyur, uzun illər Hərbi Dəniz Qüvvələrində Xüsusi təyinatlı kimi xidmət göstərir.


Bu ilin sentyabrın 27-də Vətən müharibəsinə də qoşulur. Şuşa ətrafında xüsusi təyinatlılar hücuma keçən zaman şəxsi heyətin qorunması peşəkar döyüşçü olan Fuada tapşırılır.


Oktyabrın 29-da Şuşa ətrafında gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Qeyri-adi döyüş qabiliyyətinə malik Fuad yaralansa da, ayağa qalxaraq sıldırım qayanı qalxmağa davam edib.


Düşmənin atdığı mərmi qəhrəman döyüşçünün qara ciyərini dağıdıb.

Döyüşçü yoldaşlarının bildirdiyinə görə, Fuad onlarla birlikdə ermənilərin 40-dan artıq kiçik təyinatlı avtomobillərini, 100-dən artıq canlı qüvvəsini məhv edib.


Fuad Tağıyev həm də 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, dörd il əvvəl də qəhrəmanlıq nümunəsi göstərib.


O, Sabirabad rayon Həşimxanlı kənd qəbristanlığında dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!



 

Sənan Abdullayev Şahin oğlu


Sənan Abdullayev Şahin oğlu

1 Noyabr1998-ci ildə Bakı şəhərində anadan olub. Əslən Zəngilan rayonunun Ağbiz kəndindəndir. Sənanın əmisi Eynur Abdullayev Birinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonunun mudafiəsi zamanı şəhid olub.  2005-2016-cı illərdə M. Məmmədov adına 37 nömrəli tam orta məktəbində təhsil alıb. İdmanın güləş növü ilə məşğul olub, Azərbaycan daxili yarışlarda bir sıra uğurlara imza atıb. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Azersun Holdinqin "Bazarstore" mağazasında, daha sonra isə bir sıra Kitab Evlərində çalışıb.

Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin "N" saylı hərbi hissəsinin "Kəşfiyyat" briqadasıda, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub.

Sənan Abdullayev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 30-da döyüşlərə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Sənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Abdullayev oktyabrın 5-də snayper gülləsi nəticəsində Füzuli döyüşləri zamanı şəhid olub. Sənan Abdullayevin nəşi doğum günündə, noyabrın 1-də tapılıb. Noyabrın 20-də II Fəxri Xiyabanda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Subay idi.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı


24.06.2021 “Cəsur döyüşçü” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Murtuzayev Toğrul Tahir oğlu

Murtuzayev Toğrul Tahir oğlu

Toğrul Murtuzayev 1997-ci il noyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan Toğrul Murtuzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Murtuzayev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağdam rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Murtuzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Tofik İbrahimov Polad oğlu


Tofik İbrahimov Polad oğlu

1 Noyabr1997-cı ildə Qusar rayonunun Düztahir kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Tofik İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tofik İbrahimov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Qusar rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı 


24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı 


 Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.