1 Kasım 2021 Pazartesi

Yaşar Əli oğlu Xudayev

Yaşar Əli oğlu Xudayev

1999-cu il noyabrın 1-də Quba şəhərində anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan Yaşar Xudayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Yaşar Xudayev sentyabrın 27-də Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düş-mən tərəfindən açılan atəş nəti-cəsində aldığı qəlpə yarasından şəhid olub. Quba şəhərində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Xudayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Xudayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder