1 Kasım 2021 Pazartesi

Sənan Abdullayev Şahin oğlu


Sənan Abdullayev Şahin oğlu

1 Noyabr1998-ci ildə Bakı şəhərində anadan olub. Əslən Zəngilan rayonunun Ağbiz kəndindəndir. Sənanın əmisi Eynur Abdullayev Birinci Qarabağ Müharibəsi zamanı Zəngilan rayonunun mudafiəsi zamanı şəhid olub.  2005-2016-cı illərdə M. Məmmədov adına 37 nömrəli tam orta məktəbində təhsil alıb. İdmanın güləş növü ilə məşğul olub, Azərbaycan daxili yarışlarda bir sıra uğurlara imza atıb. Hərbi xidmətini başa vurduqdan sonra əvvəlcə Azersun Holdinqin "Bazarstore" mağazasında, daha sonra isə bir sıra Kitab Evlərində çalışıb.

Sənan Abdullayev 2017-2018-ci illərdə əvvəlcə Xüsusi Dövlət Mühafizə Xidmətinin "N" saylı hərbi hissəsinin "Kəşfiyyat" briqadasıda, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olub.

Sənan Abdullayev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 30-da döyüşlərə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Sənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Abdullayev oktyabrın 5-də snayper gülləsi nəticəsində Füzuli döyüşləri zamanı şəhid olub. Sənan Abdullayevin nəşi doğum günündə, noyabrın 1-də tapılıb. Noyabrın 20-də II Fəxri Xiyabanda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Subay idi.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı


24.06.2021 “Cəsur döyüşçü” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder