23 Kasım 2021 Salı

Elmar Daşdəmirov


 

Elmar Daşdəmirov 23 noyabr 2001-ci il tarixində Salyan rayonunun Qarabağlı kəndində dünyaya göz açıb.

2020-ci ilin ilk ayında hərbi xidmətə çağırılıb. Oktyabr ayının 18-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində həlak olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Daşdəmirov Elmar ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və ”Cəsur döyüşçü” medallarıyla təltif edilib. 


Salyan rayonunda Vətən müharibəsi şəhidi Elmar Daşdəmirovun xatirəsi əbədiləşdirilib və onun adı verilmiş bulaq istifadəyə verilib.


Allah rəhmət eləsin!


Məmmədov Rza Əskər oğlu


  Məmmədov Rza Əskər oğlu

Rza Məmmədov 2001-ci il noyabrın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.


2007-2018-ci illərdə 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Bu müddət ərzində Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində də səs üzrə (xanəndə) təhsil alıb.


Subay idi.


Rza Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rza Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüşlərdə hərbi həkim kimi fəaliyyət göstərirdi.


Rza Məmmədov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rza Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.


Nurmətov Çoban Razəddin oğlu



Nurmətov Çoban Razəddin oğlu


Çoban Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. İlahə və Fatimə adında qızları, İmam adında isə oğlu yadigar qaldı.


Azərbaycan Ordusunun baş giziri olan Çoban Nurmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandiri Tehran Mənsimov olub. Çoban Nurmətov oktyabrın 23-də Xocavənd şəhəri istiqamətində şəhid olub. Qusar rayonunun Cibir kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.


Rəcəb Məmmədov


23 noyabr 1996-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olan Rəcəb 2002-ci ildə doğma kəndlərində birinci sinifə getsə də, Bakı şəhəri Xətai rayonundakı 269 saylı orta məktəbdən məzun olub. Rəcəb 7-ci sinifdə oxuyanda ailəsi Bakıya köçüb və o burada orta, sonra isə ali məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olan Rəcəb 2019-cu ildə ali məktəbi bitirib, magistr təhsili almaq üçün qardaş Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyan Rəcəb Bakıya qayıdır və evdə bildirir ki, Vətənə borcunu ödəmək üçün əsgərliyə getmək istəyir, magistr təhsilini sonra davam etdirmək niyyətindədir. 2020-ci ildə Ağdamda əsgəri xidmətə başlayan Rəcəbin ən böyük arzusu işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində iştirak etmək olub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi


Rüfət Məmmədli



Rüfət Məmmədli 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub.2000–2011-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. 

Rüfət Məmmədli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb. Aprel döyüşlərindəki şücaətinə görə "kiçik gizir" hərbi rütbəsi alıb. Müxtəlif zamanlarda snayper kurslarında uğurla iştirak edib, fərqlənmələr qazanıb. 2017-ci ildə "ən yaxşı kəşfiyyatçı snayper" kursunu birinciliklə bitirib. 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərinin iştirakçısı olub.

Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi savaşıb. Sərrast atışlarına görə döyüş yoldaşları ona "Əjdaha" ləqəbini qoyub. Rüfət Məmmədli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Saloğlu qəsəbəsində dəfn olunub.

Təltifləri:

•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)


•  (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) 


•  (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 


•  (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) 


•  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) 


Məmməd Bayramov



Məmməd Bayramov 23 noyabr 2020-ci il tarixində Xaçmaz rayonunda anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan Məmməd Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.


Məmməd Bayramov 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından Şəhidlik zirvəsinə ucalmışdır.


Ölümündən sonra " Vətən uğrunda",  "Cəsur Döyüşçü", " Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.


Allah rəhmət eləsin.



Baş çavuş Nahid Musa oğlu Ağalarov



Baş çavuş Nahid Musa oğlu Ağalarov

Nahid Ağalarov 1983-cü il dekabrın 19-da Goranboy rayonunda Xan Qərvənd kəndində anadan olub.

Ailəli idi. Bir övladı yadigar qaldı.

Azərbaycan Ordusunun baş çavuşu olan Nahid Ağalarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid Ağalarov noyabrın 23-də Şuşa istiqamətində minaya düşməsi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.