23 Kasım 2021 Salı

Rəcəb Məmmədov


23 noyabr 1996-cı ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olan Rəcəb 2002-ci ildə doğma kəndlərində birinci sinifə getsə də, Bakı şəhəri Xətai rayonundakı 269 saylı orta məktəbdən məzun olub. Rəcəb 7-ci sinifdə oxuyanda ailəsi Bakıya köçüb və o burada orta, sonra isə ali məktəbi bitirib. 2015-ci ildə Azərbaycan Kooperasiya Universitetinə daxil olan Rəcəb 2019-cu ildə ali məktəbi bitirib, magistr təhsili almaq üçün qardaş Türkiyəyə gedib. Orada bir il oxuduqdan sonra təhsilini yarımçıq qoyan Rəcəb Bakıya qayıdır və evdə bildirir ki, Vətənə borcunu ödəmək üçün əsgərliyə getmək istəyir, magistr təhsilini sonra davam etdirmək niyyətindədir. 2020-ci ildə Ağdamda əsgəri xidmətə başlayan Rəcəbin ən böyük arzusu işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində iştirak etmək olub. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi


Hiç yorum yok:

Yorum Gönder