23 Kasım 2021 Salı

Nurmətov Çoban Razəddin oğlu



Nurmətov Çoban Razəddin oğlu


Çoban Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. Ailəli idi. İlahə və Fatimə adında qızları, İmam adında isə oğlu yadigar qaldı.


Azərbaycan Ordusunun baş giziri olan Çoban Nurmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Komandiri Tehran Mənsimov olub. Çoban Nurmətov oktyabrın 23-də Xocavənd şəhəri istiqamətində şəhid olub. Qusar rayonunun Cibir kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Çoban Nurmətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.


Hiç yorum yok:

Yorum Gönder