23 Kasım 2021 Salı

Rüfət Məmmədli



Rüfət Məmmədli 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub.2000–2011-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. 

Rüfət Məmmədli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. 2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb. Aprel döyüşlərindəki şücaətinə görə "kiçik gizir" hərbi rütbəsi alıb. Müxtəlif zamanlarda snayper kurslarında uğurla iştirak edib, fərqlənmələr qazanıb. 2017-ci ildə "ən yaxşı kəşfiyyatçı snayper" kursunu birinciliklə bitirib. 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərinin iştirakçısı olub.

Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi savaşıb. Sərrast atışlarına görə döyüş yoldaşları ona "Əjdaha" ləqəbini qoyub. Rüfət Məmmədli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Saloğlu qəsəbəsində dəfn olunub.

Təltifləri:

•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)


•  (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) 


•  (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 


•  (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) 


•  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) 


Hiç yorum yok:

Yorum Gönder