7 Ocak 2022 Cuma

Babək Səmidli


Şəhid polkovnik Babək Səmidli

7 yanvar 1974-cü ildə Göyçay rayonunda anadan olub.

 1993-cü ildə Türkiyədə Quru qoşunları məktəbinə daxil olub.1997-ci ildə həmin məktəbi bitirib.

 Bir müddət Türkiyə Silahlı Qüvvələrində təcrübə keşmişdir. Bundan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. O, Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində şücaəti ilə yaddaşlarda qalıb[ə

2000-2003-cü illərdə Ali Hərbi Məktəbdə Taqım və Bölük Komandiri kimi çalışıb.


Babək Səmidli, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə 1-ci Ordu Korpusunun Əməliyyat Bölmə Rəisi kimi iştirak etmiş və döyüşlərdə yaralanmışıdır.


2018-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.


2018-ci ilin iyun ayında polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Daha sonra polkovnik rütbəsini almışdır.


Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Birinci Ordu Korpusu Komandanının müavini olaraq döyüşlərdə yaxından iştirak etmişdir.Talış kəndinin və Suqovuşanın azad edilməsində müstəsna xidmətləri olmuşdur. Sentyabrın 27-dən oktyabrın 4-nə qədər davam edən Suqovuşanın azadlığı uğrunda döyüşlərin rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Suqovuşanı işğaldan azad elədi.


Babək Səmidli atəşkəs razılaşmasından sonra  23 noyabr tarixində Suqovuşan istiqamətində minaya düşərək şəhid olmuşdur. O, Qırmızı xaç, rus sülhməramlıları və erməni rəsmilərindən ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalmış döyüşçülərin meyidlərini toplamaq və itkin döyüşçüləri müyyən etmək idi. Babək Səmidlinin vəfat etdiyi hadisədə həmçinin, 4 erməni və 1 rus sülhməramlısı da yaralanmışdır.

 Babək Səmidli anadan olduğu Göyçay Şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

 Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Zəfər" ordeni ilə təltif edildi.

 Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder