Əkbərov
Rövşən Telman oğlu — Azərbaycanın Milli Qəhrəmanı,
general-leytenant.
Rövşən Əkbərov 4 iyun 1965-ci ildə Bakı
şəhərində dünyaya gəlmişdir.
1972-ci ildə 42 nömrəli orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər
burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1982-ci ildə təhsilini
müvəffəqiyyətlə başa vurur. Sonra isə Kiyev Ali Ümumqoşun Komandirlər
Məktəbinə daxil olur.
1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi
Dairəsi Komandanlığının sərəncamına göndərilir. 1987-ci ildə xidmət etdiyi
ordunun tərkibində Əfqanıstana göndərilir.
1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə
dönür. 1989-cu ildə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin
edilir. 1993-1995-ci illərdə "N" saylı hərbi hissədə bölük komandiri
olmuşdur. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Rövşən Əkbərov 1995-ci
il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak
etmişdir. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən Əkbərov 1999-cu
ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinin, 2002-ci ildə
isə Ukrayna Hərbi Akademiyasının müdavimi
olmuşdur. Rövşən Əkbərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda
gedən qanlı döyüşlərdə rəhbərlik etdiyi birqadası ilə xüsusi şücayət və
qəhramanlıqlar göstərmişdir.
2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Şəmkir korpusunun
komandiri təyin olunub
Ailəlidir, dörd övladı var.
Mükafatları
Azərbaycanın ərazi bütovlüyünün qorunub
saxlanmasında göstərdiyi igidliyə görə 2 dəfə "Azərbaycan Bayrağı"
ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası prezidentinin 5
oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğlu
"Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.