Həyatı
Həsənov Tabil Qasım oğlu 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmişdir.1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha
sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır.
Qırxqız qartalı
1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir əlacsız
qalan kənd əhalisi ümidlə kömək gözləyirdi el bu vaxt Tabil sinə gərərək
düşmənə əks hücum edir erməni murdarlarının ordusu pərən pərən olur və
faşistlər geri çəkilir. Bu qələbədən sonra ona el arasında "Qırxız
qartalı" deyə səslənirdilər. Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum etmişdilər Tabil yenidən hücum
edərək bu kəndi də azad edə bildi düşmənin canlı qüvvəsi məhv edildi. 1992-ci il 29 mart erməni qəsbkarlarıKosalara yenidən hücum etdilər saatlarla davam edən
döyüşdə 53 erməni faşisti öldürüldü onların 12-ni "Qırxız qartalı"
Tabil öldürmüşdü. Lakin bu onun son döyüşü oldu o bu döyüşdə qəhrəmancasına
həlak oldu.
Ailəsi
Ailəli idi. Üç övladı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı
ilə Həsənov Tabil Qasım oğluna ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür.
Xocalı rayonunun Kosalar kəndində dəfn edilmişdir.
Hiç yorum yok:
Yorum Gönder