2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində
anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər
piyada qoşun hissəsində çəkmişdir.
Yusif Əliyev 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş
sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşli, Erkəçkəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24
fevralda Mənəşli kəndinə
hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il 14 sentyabrda düşmən Buzluq kəndinə
hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir.
Azərbaycan Respublikası
prezidentinin 6 iyun 1992-ci
il tarixli 831 saylı fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Qobustan qəsəbəsindəki
195 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.
Ailəli idi.
1953-cü il 2 dekabrda Gəncə
şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin
səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir
müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna
daxil olmuşdu.1974-cü ildə hərbi
xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında
xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş,
Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış
təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş,
zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.
Döyüşlərdə iştirakı
Ənvər 1988-ci ildə ermənilər Dağlıq
Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə
qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndinalınması
uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə Gəncədə Milli
Müdafiə Qərargahının müdirinin II müavini olub. 1992-ci ilin avqustunda Tərtərdə alay
komandiri təyin olunub. Göstərdiyi sücaətlərə görə ona polkovnik rütbəsi
verilib.
Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər
döyüşə girərək, mərdliklə həlak olub.
Ailəsi
Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov
Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülüb.
Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Hiç yorum yok:
Yorum Gönder