Rəfael Şərafət oğlu
Həbibov 1964-cü il aprel ayının 4-də Əli Bayramlı şəhərində anadan olmuşdur.
Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş,
yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır.
Təhsil illərində idmana
və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini
Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə
Leninqradda (Sankt-Peterburqda) hərbi məktəbi qurtarmış, leytinant rütbəsinə
layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.
Respublikamızın ərazi
ütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa
göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd,
Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər
uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni
quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük
qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən
dümənlə qarşı-qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə
məhv edir.
1992-ci il iyulun 6-da
çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini
gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il
iyulun 7-də gözlərini əbədi yumur.
Azərbaycan Respublikası
Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan
Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi
şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli
Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi onun
adını daşıyır...
Hiç yorum yok:
Yorum Gönder