Nofəl Zahid
oğlu Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur.
1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət
etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir.
1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak
etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.
Nofəl Zahid
oğlu Quliyev az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda Ermənistan
silahlı qüvvələri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər,
düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr
vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə
Todan kəndinə hücuma keçdilər. Dinc sakinləri döyüş zonasından çıxarmaq lazım
idi. Nofəl Quliyev kənd sakinlərini yağış kimi yağan güllələrin altından
çıxarıb təhlükəsiz yerə aparırdı. Yorulsa da köməyə ehtiyac olduğundan yenə
geri döndü. Bu vaxt düşmən tutduğu mövqedən irəliləmişdi. Nofəl burada da
misilsiz qəhrəmanlıq göstərərək kənddə qalan köməksiz adamlaın xilası uğrunda
düşmənlə ölümdirim mübarizəsinə girdi. Neçə-neçə adamı ölümün pəncəsindən
qurtardı və həmin döyüşdə onun üçün son anlar oldu.
Azərbaycan Respublikası
Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Azərbaycan
Respublikasının suverenliyini və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin
təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şüucaətə görə
Nofəl Zahid oğlu Quliyevə Azərbaycan Milli Qəhrəmanı adı verilmişdir.
Vaxtı ilə təhsil aldığı
Əli Bayramlı şəhər 9 saylı orta məktəbə onun adı verilmişdir və məktəbin
həyətində büstü qoyulmuşdur.
Hiç yorum yok:
Yorum Gönder