19 Temmuz 2021 Pazartesi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub


İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə qarşı tərəf  susdurulub. 

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


https://mod.gov.az/az/news/naxcivan-istiqametinde-movqelerimiz-atese-tutulub-36846.html

____


Подверглись обстрелу позиции Азербайджанской Армии в Нахчыванском направлении


19 июля примерно в 23:40 подразделения вооруженных сил Армении с позиций близ села Араздейен Ведийского района из оружия разного калибра подвергли обстрелу позиции Азербайджанской Армии в направлении населенного пункта Гейдарабад Садаракского района Нахчыванской Автономной Республики.

В результате обстрела военнослужащий Азербайджанской Армии старший лейтенант Бадалли Рамал Бахлул оглу получил ранение в ногу. Раненому была оказана первая медицинская помощь, после чего он был эвакуирован в медицинское учреждение.

Ответным огнем противник был подавлен.

В настоящее время ситуация в указанном направлении стабильна, оперативная обстановка контролируется подразделениями наших войск.


https://mod.gov.az/ru/news/podverglis-obstrelu-pozicii-azerbajdzhanskoj-armii-v-nahchyvanskom-napravlenii-36847.html

____


Azerbaijan Army’s positions in the Nakhchivan direction were subjected to fire


On July 19 at about 23:40, the Armenian armed forces’ units from the positions near the Arazdeyen village of the Vedi region using various caliber weapons subjected to fire the positions of the Azerbaijan Army in the direction of the Heydarabad settlement in the Sadarak region of the Nakhchivan Autonomous Republic.

As a result of the firing, a serviceman of the Azerbaijan Army, first lieutenant Badalli Ramal Bahlul, was wounded in the leg. The wounded serviceman received first aid and was evacuated to the hospital.

The enemy was suppressed by retaliation fire.

Currently, the situation in this direction is stable, our units control the operational situation.


https://mod.gov.az/en/news/azerbaijan-army-s-positions-in-the-nakhchivan-direction-were-subjected-to-fire-36848.html

Şəhid Səfərov Mais Şakiroğlu



 20 iyul 1999-cu ildə Azərbaycanın Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Atası Şakir maşın ustası, anası isə Narıngül idi. Bir bacısı var idi. İbtidai təhsilini 2006-ci ildə Səbail rayonu Bayıl qəsəbəsi 163 saylı tam orta məktəbdə almış, daha sonra təhsilini 2010-cu ildən 2015-ci ilə qədər Sabunçu rayonu Balaxanı qəsəbəsi C. Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmiş, 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri İncəsənət müəllimliyi fakültəsinə qəbul olmuşdur. 31 may 2019-cu ildə kollec təhsilini başa vurmuşdur.

Mais Səfərov 1 iyul 2019-cu ildə Neftçala RHK-dan xidmətə yollanmış, Goranboy rayonu Aşağı Ağcakənd kəndində xidmət etmişdir. Əsgərlikdə olarkən xidmətini layiqli yerinə yetirdiyi üçün dəfələrcə fəxri fərmana layiq görülmüşdür. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Səfərov Talış yüksəklikləri, Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qrantamiyotçu olan Mais Azərbaycan telekanallarının birindəişğaldan azad olunmuş torpaqlarda erməni maşınlarını apararkən görünmüşdü. Səfərov 1 oktyabr 2020-ci ildə Goranboy rayonu Tap Qaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində Ermənistan qüvvələri tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olmuşdur.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən  "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq

Bu gün şəhid Yuzbaşiyev Cavid Cavanşir oğlunun doğum günüdür 🇦🇿

 



Yüzbaşiyev Cavid 20.07.1995-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olub.
 Cavid həqiqi hərbi xidmətini  ön xətddə düşmənlə üz- üzə yerinə yetirdiyi vaxtlarda aprel döyüşləri baş vermiş və həmin döyüşlərdə iştirak etmişdir. Vətən müharibəsində 21 sentyabr yenə xidmətinə davam etmiş çətin və ağır döyüşlərdə Tərtər Ağdərə  uğrunda qəhrəmancasına  Şəhid olmuşdur. 
Cavidin atası 1-ci Qarabağ döyüşlərinin qazisidir. Oğlu haqqında dedikləri : "Hamının  sevimlisi mərd oğul idi. Butün Şəhid balalarımın ruhu qarşısında baş əyirəm. 
1995-ci ilin 20 iyulunda doğulmuş, 2020-ci ilin  oktyabırın 16-da Şəhid olmuş, Pak nəşi  isə bizə oktyabrın 26 sı təhvil verilib,  bizdə Şəhidimizi noyabırın 26-sl dəfn etddik "
" Vətən uğrunda "medalı ilə təltif olunub
Allah rəhmət eləsin!


19 iyul Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərova vəfat etmişdir

 

.Gültəkin Əsgərova 1960-ci il noyabrın 20-də Bakı şəhərində saat 15:00-da anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir.Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdir.

O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.O, ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.

Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub.Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.

1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur.Anasına göndərdiyi məktubda yazılmışdı:

" Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı..."

Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.

O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır.Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır.Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.

Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər.Onun tabutunun üstündə də xarı bülbül var idi.1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Bu gün şəhid Lətifli Orxan Xancan oğlunun doğum günüdür


 

🇦🇿Lətifli Orxan Xancan oğlu 19.07.1996-cı ildə İsmayıllı rayonu Diyallı kəndində anadan olub. Vətən müharibəsi başlayan zaman səfərbərlik xidməti tərəfindən döyüşlərə yollanıb. O, Vətən müharibəsində igidlik və mərdlik göstərərək Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.


Orxan Lətifli Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlara görə "Vətən uğrunda” medalı ilə təltif edilib.


RUHUN ŞAD OLSUN ŞƏHİDİMİZ!!!

Bu gün şəhid Cəbrayıl Qasımovun doğum günüdür

 

Cəbrayıl Qasımov 1996-cı il iyulun 19-da Masallı rayonunun Ərəb kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Qasımov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Bu gün Şəhid Mahmud Xudaverdiyevin doğum günüdür

 


Mahmud Xudaverdiyev 2001-ci il iyulun 19-da Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub.

2007-2016-cı illərdə Sumaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Mahmud Xudaverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mahmud Xudaverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Mahmud Xudaverdiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Dardoqqaz kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Xudaverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.