19 Temmuz 2021 Pazartesi

Bu gün Şəhid Mahmud Xudaverdiyevin doğum günüdür

 


Mahmud Xudaverdiyev 2001-ci il iyulun 19-da Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub.

2007-2016-cı illərdə Sumaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Mahmud Xudaverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mahmud Xudaverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Mahmud Xudaverdiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Dardoqqaz kəndində torpağa tapşırılıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Xudaverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Hiç yorum yok:

Yorum Gönder