19 Temmuz 2021 Pazartesi

Bu gün şəhid Cəbrayıl Qasımovun doğum günüdür

 

Cəbrayıl Qasımov 1996-cı il iyulun 19-da Masallı rayonunun Ərəb kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Qasımov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Hiç yorum yok:

Yorum Gönder