19 Temmuz 2021 Pazartesi

Şəhid Səfərov Mais Şakiroğlu



 20 iyul 1999-cu ildə Azərbaycanın Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olmuşdur. Atası Şakir maşın ustası, anası isə Narıngül idi. Bir bacısı var idi. İbtidai təhsilini 2006-ci ildə Səbail rayonu Bayıl qəsəbəsi 163 saylı tam orta məktəbdə almış, daha sonra təhsilini 2010-cu ildən 2015-ci ilə qədər Sabunçu rayonu Balaxanı qəsəbəsi C. Cahangirov adına 4 saylı tam orta məktəbdə davam etdirmiş, 2015-ci ildə Bakı Humanitar Kollecinin Təsviri İncəsənət müəllimliyi fakültəsinə qəbul olmuşdur. 31 may 2019-cu ildə kollec təhsilini başa vurmuşdur.

Mais Səfərov 1 iyul 2019-cu ildə Neftçala RHK-dan xidmətə yollanmış, Goranboy rayonu Aşağı Ağcakənd kəndində xidmət etmişdir. Əsgərlikdə olarkən xidmətini layiqli yerinə yetirdiyi üçün dəfələrcə fəxri fərmana layiq görülmüşdür. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Səfərov Talış yüksəklikləri, Murovdağ və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qrantamiyotçu olan Mais Azərbaycan telekanallarının birindəişğaldan azad olunmuş torpaqlarda erməni maşınlarını apararkən görünmüşdü. Səfərov 1 oktyabr 2020-ci ildə Goranboy rayonu Tap Qaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində Ermənistan qüvvələri tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olmuşdur.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən  "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq

Hiç yorum yok:

Yorum Gönder