30 Aralık 2021 Perşembe

Ülvi Həsənov


Ülvi Həsənov 2001-ci il dekabrln 31-də Mingəçevir şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Ülvi Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Həsənov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülvi Həsənov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Toğrul Abbasov Bayram oğlu


Toğrul Abbasov Bayram oğlu

31 Dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulub. Anasını erkən yaşlarında itirib. 

 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə Vətənin keşiyində dayanırdı. Torpaqları düşmən işğalından azad etmək onun ən böyük arzularından biri idi. 

Azərbaycan Ordusunun əsgəri olan Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. 

Cəmi 7 ay öncə ailə həyatı qurmuşdu, şəhadətindən bir neçə ay sonra qız övladı dünyaya gəlib. Toğrulun arzusu ilə körpəyə Yağmur adı verilib.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


25.12.2020-“Füzulinin azad olunmasına görə” medalı


24.06.2021 "Cəbrayılın azad olunmasına görə" medalı


24.06.2021 "İgidliyə görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Ruslan Amiraslan oğlu Sadıqov



Şəhid baş çavuş Ruslan Amiraslan oğlu Sadıqov

 1987-ci il dekabrın 31-də Şəki rayonunun Cəfərabad кəndində anadan olub.


Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Sadıqov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.


 Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.


Tacir Eminov İntiqam oğlu


Tacir Eminov İntiqam oğlu

31 Dekabr 2001-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində doğulub

Azərbaycan Ordusunun əsgəri olan Tacir Eminov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Eminov oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Sadatlı kəndində canını uğrunda qurban verdiyi Vətən torpsğıns əmanət olunub. Subay idi.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


24.06.2021 "Suqovuşanın azad olunmasına görə" medalı


24.06.2021 "İgidliyə görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

29 Aralık 2021 Çarşamba

Toğrul Habil oğlu Xudiyev



Şəhid Toğrul Habil oğlu Xudiyev

1999-cu il dekabrın 29-da Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Xudiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Xudiyev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Xudiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Xudiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


Allah rəhmət eləsin.


Mürsəliyev Sübhi Balamirzə oğlu


Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunda anadan olub.


Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhi Mürsəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Səyadulla Əhmədov Rasim oğlu


Səyadulla Əhmədov Rasim oğlu

29 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulub. Ailənin ilk övladı olan Səyadulla uşaqlıqdan zəhmətsevərliyi ilə seçilib. Onun bu işgüzarlığı Vətən müharibəsində komandirlərinin də diqqətindən yayınmayıb. 22 yaşlı döyüşçünü yüksək peşəkarlığına görə tağım komandiri təyin etmişdilər. O, sərrast atıcı kimi döyüşlərdə həmişə öndə gedib.

Atasının dediyinə görə o, Naxçıvanda hərbi xidmətini başa vurub evə qayıdıbmış, lakin 2020-ci ilin İyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribatlardan sonra Səyadulla hərbi xidmətini davam etdirmək qərarına gəlir, könüllü olaraq gedib orduda xidmət etmək üçün müraciət edir. Vətən Müharibəsindən 1 həftə əvvəl hərbi təlimlərə çağırılır, xeyir-dua alıb, gedir...

Səyadulla Vətən müharibəsində cəbhənin cənub istiqamətindəki döyüşlərdə sərrast atəşlə dəfələrlə düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Səyadulla Əhmədov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına şəhid olub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


25.12.2020-“Füzulinin azad olunmasına görə” medalı


24.06.2021,"İgidliyə görə" medalı


24.06.2021 "Cəbrayılın azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.