29 Aralık 2021 Çarşamba

Səyadulla Əhmədov Rasim oğlu


Səyadulla Əhmədov Rasim oğlu

29 dekabr 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulub. Ailənin ilk övladı olan Səyadulla uşaqlıqdan zəhmətsevərliyi ilə seçilib. Onun bu işgüzarlığı Vətən müharibəsində komandirlərinin də diqqətindən yayınmayıb. 22 yaşlı döyüşçünü yüksək peşəkarlığına görə tağım komandiri təyin etmişdilər. O, sərrast atıcı kimi döyüşlərdə həmişə öndə gedib.

Atasının dediyinə görə o, Naxçıvanda hərbi xidmətini başa vurub evə qayıdıbmış, lakin 2020-ci ilin İyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribatlardan sonra Səyadulla hərbi xidmətini davam etdirmək qərarına gəlir, könüllü olaraq gedib orduda xidmət etmək üçün müraciət edir. Vətən Müharibəsindən 1 həftə əvvəl hərbi təlimlərə çağırılır, xeyir-dua alıb, gedir...

Səyadulla Vətən müharibəsində cəbhənin cənub istiqamətindəki döyüşlərdə sərrast atəşlə dəfələrlə düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Səyadulla Əhmədov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına şəhid olub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


25.12.2020-“Füzulinin azad olunmasına görə” medalı


24.06.2021,"İgidliyə görə" medalı


24.06.2021 "Cəbrayılın azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder