30 Aralık 2021 Perşembe

Ruslan Amiraslan oğlu Sadıqov



Şəhid baş çavuş Ruslan Amiraslan oğlu Sadıqov

 1987-ci il dekabrın 31-də Şəki rayonunun Cəfərabad кəndində anadan olub.


Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Sadıqov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.


 Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Sadıqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.


Hiç yorum yok:

Yorum Gönder