30 Aralık 2021 Perşembe

Toğrul Abbasov Bayram oğlu


Toğrul Abbasov Bayram oğlu

31 Dekabr 1990-cı ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulub. Anasını erkən yaşlarında itirib. 

 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə Vətənin keşiyində dayanırdı. Torpaqları düşmən işğalından azad etmək onun ən böyük arzularından biri idi. 

Azərbaycan Ordusunun əsgəri olan Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. 

Cəmi 7 ay öncə ailə həyatı qurmuşdu, şəhadətindən bir neçə ay sonra qız övladı dünyaya gəlib. Toğrulun arzusu ilə körpəyə Yağmur adı verilib.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


25.12.2020-“Füzulinin azad olunmasına görə” medalı


24.06.2021 "Cəbrayılın azad olunmasına görə" medalı


24.06.2021 "İgidliyə görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder