30 Aralık 2021 Perşembe

Tacir Eminov İntiqam oğlu


Tacir Eminov İntiqam oğlu

31 Dekabr 2001-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində doğulub

Azərbaycan Ordusunun əsgəri olan Tacir Eminov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacir Eminov oktyabrın 6-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Sadatlı kəndində canını uğrunda qurban verdiyi Vətən torpsğıns əmanət olunub. Subay idi.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


24.06.2021 "Suqovuşanın azad olunmasına görə" medalı


24.06.2021 "İgidliyə görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder