6 Aralık 2020 Pazar

Məmmədov Kamal Şamil oğlu


Şəhidimiz Məmmədov Kamal Şamil oğlu 30.07.1998-ci il tarixində Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-cü ildə Səməd Vurğun adına Qullar 1 saylı məktəbində orta təhsilinə başlamış, 2015-ci ildə Humanitar və Texniki Təmayüllü liseyi bitirərək Azərbaycan Texniki Universitetinin cihazqayırma fakültəsinə qəbul olunmuş, 2019-cu ildə ali təhsilini başa vurmuşdur. Daha sonra hərbi xidmət sıralarına yollanan Kamal qardaşı Amal ilə birlikdə ön cəbhənin nümunəvi topçularından idilər. Yaxınlarının dediklərinə görə İkinci Qarabağ müharibəsində ilk humanitar atəşkəs elan olunan vaxtı evlə əlaqə saxlamış, "Kaş dayanmazdıq, düşmənin hamısını qırmaq lazımdır!" deyərək yüksək döyüş əzmi və ruh yüksəkliyi nümayiş etdirmişdir. Kamal Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Vətən igidlərimizi unutmayacaq!

Allah rəhmət eləsin! Vətən sağ olsun!

 

Hiç yorum yok:

Yorum Gönder