9 Aralık 2020 Çarşamba

Qazi Bodurov Şamil Adil oğlu

 


Danışdığım qazi dayım Bodurov Şamil Adil oğludur. Dayım II Qarabağ müharibəsinə könüllü gedib və Tərtər istiqamətində gedən döyüşlərdə uğurlu əməliyyatlarda iştirak edib.
Döyüş zamanı 3 metr yaxılığına düşmüş artilleriyanın zərbəsi nəticəsində yanında olan döyüş yoldaşları şəhid olub, dayım isə 2 qəlpə yarası almışdır. 15 gün Gəncə xəstəxanasında müalicə aldıqdan sonra yenidən döyüşə yollanıb. Hal- hazırda bədənində 1 qəlpə qalıb.
Bu məşəqqətli döyüşlərdə uğurlu nəticə aldıqları üçün mən dayımla fəxr edirəm. 


Balakən rayonu Nizami adına şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Alvasova Xacey


Hiç yorum yok:

Yorum Gönder