24 Ekim 2020 Cumartesi

24.10.2020

 Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu. 


Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi #Orxan oktyabrın 24-ü səhər saatlarında #Ermənistanın silahlı qüvvələri tərəfindən #Tərtər rayonunun Kəbirli kəndinə #raket atılması nəticəsində həlak olub. 


 Digər şagirdimiz #Artur oktyabrın 17-də düşmən tərəfindən #Gəncə şəhərinə #raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi. 


Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm! 



#StopArmenianTerrorism #StopArmenianAggresion #Armeniakillscivilians

Hiç yorum yok:

Yorum Gönder