8 Ekim 2020 Perşembe

AZAD AZƏRBAYCANIM

AZAD AZƏRBAYCANIM!

Qurban olum millətimin qeyrətinə,

Tarix boyu bağlı olub Vətəninə!

Döyüşərək Vətən üçün tarix yazır əsgərlərin!

Vətən birdir, haqq səsini ucaldaraq

Üc-dörd günə azad etdi vətənini öz gücünə.


Qoy görsün ki, bütün dünya biz heç kimə əyilmərik!

Hünərliyik, yurdumuzu çiçəklənən bir yurd kimi görməliyik!

O yurd üçün can vermişik, qan tökmüşük,

Təmizləyib düşmənlərdən göstərmişik şücaəti,

Gənc nəsilə örnək olub böyüklərin siyasəti.


Türk qanı var qanımızda, biz möhkəmik!

Susduracaq hər bir kəsi ordumuz var.

Şoka düşüb izləyirlər bütün dünya ölkələri!

30 ildir, səbr edərək gözləmişik. 

Artıq bıçaq dirənibdir boğazlara, eşitmirik biz heç kəsi.

Nə oğlanlar itirmişik, Polad kimi, Mübariz tək ...

Susub durub illər boyu bütün dünya siyasəti,

Görməmişlər Azərbaycan xalqı kimi bir milləti.

Biz demişik Vətənə can, övlada can,

Can sözündən yaranmışdır Azərbaycan!


Indi baxın eyvanlardan dalğalanan bayraqlara,

Bəzənmişdir Azərbaycan! 

Təbrik edir bu milləti, türk, pakistan,

Yaşa! Yaşa, Azərbaycan!🇦🇿🇦🇿🇦🇿


Şeirin müəllifi ingilis dili müəllimi Solmaz İsmayılovadır. 


Hiç yorum yok:

Yorum Gönder