30 Ekim 2020 Cuma

Biz Şəhid anasıyıq! Biz Əsgər anasıyıq!


Torpağımız uğrunda döyüşən bütün Əsgər balalarımıza Allahdan güc, qüvvət, əzm və cəsarət, doğmalarına səbr və qələbəyə güclü inam arzu edirəm!

ŞƏHİDLƏR İSƏ ÖLMƏZDİR!


Biz Şəhid anasıyıq!

Biz Əsgər anasıyıq!


Mən Şəhid anasıyam...

Bağrım qandır, uzum ağ!

Mən balamdan doymamış

Ona sarıldı torpaq...

Üstünü bərk ört, payız,

Yorğan sər, yarpaq-yarpaq...

Bayrağına bürünüb,

Vətən qoynunda yatan

Üşüməz, arxayınam!

Balamın beşiyidir Şuşa,

Laçın, Qarabağ...

Andına, bayrağına,

Cəsarətinə heyran!

Qəlpə dəymiş gözünə

Gözlərim qurban, oğul!

Namərdin qarşısında

Əzəmətinə heyran,

Bükülməyən dizinə

Dizlərim qurban oğul!

Mən Şəhid anasıyam!

Duam çoxdur, sözüm az!

Balamın laylaları

Yerdən göylərə sığmaz!

Şəhidimdən yadigar

Vətən qoxan paltarı,

Gecə-gündüz qucaqlar,

Gecə-gündüz qoxlaram,

Ağlamaram, silməsin 

İzlərin göz yaşları...

Ürəyindən vurulan

Qəlpə izinə qurban,

Sən düşmənlə üz-üzə

Döyüşmüş mərd oğulsan!

Vətən sağ olsun, balam!

Mən Şəhid anasıyam!

Oğlum qədər qürurlu,

Oğlum qədər qəhrəman!

Şəhid balam ölməzdir!

Ölməzkən mən də sağam!

Mən Əsgər anasıyam!

Yarama məlhəm -Zəfər,

Dərdimə dərman-Vətən!

Oğul şirin-şirin yat...

Sənə lay-lay deyirəm...

Lay-lay dedim yatasan,

"Qızıl gülə"batasan,

"Qızıl güllər" içində

Qələbəyə çatasan.........


Məlahət Kərimqızı

Şeri Facebook paylaşımında götürmüşəm .

Hiç yorum yok:

Yorum Gönder